RUSİYA

Şoyqu RF Silahlı qüvvələrinin döyüş imkanlarını qiymətləndirib

Sputnik
BAKI, 21 dekabr — Sputnik. Rusiya silahlı qüvvələri il ərzindəki bütün tapşırıqları yerinə yetiriblər, onların döyüş qabiliyyəti 12,8% artıb. Bu barədə Rusiya müdafiə naziri Şergey Şoyqu nazirliyin kollegiyasının genişləndirilmiş iclasında bildirib.
"2021-ci il üçün müəyyən edilmiş bütün vəzifələr silahlı qüvvələr tərəfindən yerinə yetirilib. Onların döyüş imkanları 12,8% artıb. Ölkənin müəyyən olunmuş müdafiə qabiliyyətinin qorunması səviyyəsi təmin edilib", - Şoyqu deyib.
Şoyqu qeyd edib ki, bütün bağlanmış müqavilələrin həyata keçirilməsi beş mindən çox əsas silah nümunələrinin tədarükünü təmin edib. Döyüş texnikasının işləklik səviyyəsi 95% həddində olub.
"2021-ci ildə istifadəçilərə ötürülmüş kapital sərmayələrinin ümumi həcmi 155 milyard rubldan çox olub və bununla da başa çatdırılmamış tikintinin həcmi kifayət qədər azaldılıb", - nazir bildirib.
Bu gün həmçinin Rusiya prezidenti Vladimir Putin RF Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclası çərçivəsində yeni yerli hərbi texnika və hərbi bölmələrin idarə olunması vasitələrinin nümunələrini nəzərdən keçirib.
Sərgi Moskvadakı Milli Müdafiənin idarə olunması mərkəzində təşkil olunub. Rusiya dövlətinin başçısına ekspozisiyanı müdafiə naziri Sergey Şoyqu nümayiş etdirib.
Prezident kəşfiyyat bölüyünün (taqımının) komandirinin taktiki terminalına, həmçinin ən yeni desant paraşüt sistemlərinə baxıb.
"Bu sonuncu indi bizim qoşunlarımızın ixtiyarındadır... Böyük məsafəyə desant çıxarır", - Şoyqu izah edib.
Putinə həmçinin desant qrupları üçün LSTS-1943 yüngül xüsusi nəqliyyat vasitəsini göstəriblər. Vasitə həm hərbi-dəniz qüvələri, həm də dəniz piyadaları üçün nəzərdə tutulub. Vasitələr bu il "Qərb-2021" Rusiya-Belarus strateji təlimləri zamanı sınaqdan çıxarılıb.

Həmçinin oxuyun:

Şoyqu Rusiya yaxınlığında NATO təlimlərinin miqyasının artdığını bildirib
Rusiya NATO-nun Ukrayna və Gürcüstanda yerləşməsinə imkan verməyəcək