CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin olunub

Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.
Sputnik
BAKI, 21 dekabr — Sputnik. Kəlbəcər və Qubadlı rayonlarına yeni hərbi prokurorlar təyin olunub.
Sputnik Azərbaycan xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Mahir Bayramov Kəlbəcər hərbi prokuroru, Elşən Mürsəlov isə Qubadlı hərbi prokuroru təyin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumatı təsdiq ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin "İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında" 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən, Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.