HADİSƏ

Bakıda faciə: məktəbli uşaq avtomobilin qurbanı oldu

Səkkiz yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Sputnik
BAKI, 21 dekabr - Sputnik. Bakıda 8 yaşlı uşağı avtomobil vuraraq öldürüb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu, Fatmayı bağları massivində qeydə alınıb.
2002-ci il təvəllüdlü Fəxri Xubyarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Ömər Ələsgərovu vurub. 8 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.