VİDEO

Bakı və Moskva Yaxın Şərqdəki münaqişələrin həllində necə iştirak edir?

Beynəlxalq jurnalist, Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Azərbaycan və Rusiyanın regional problemlərin həlli yolunda atdığı addımlar barədə Sputnik Azərbaycan-a danışıb.
Sputnik
BAKI, 21 dekabr - Sputnik. Beynəlxalq jurnalist, Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Azərbaycan və Rusiyanın regional problemlərin həlli yolunda atdığı addımlar barədə Sputnik Azərbaycan-a danışıb.
Ekspert qeyd edib ki, Rusiya mühüm regional oyunçu olmaqla, geniş manevr imkanlarına və Yaxın Şərq problemlərinin tənzimlənməsinə adekvat yanaşmaya malikdir.

"Rusiya bu proseslərdə fəal iştirak edir və aparıcı qüvvə kimi çıxış edir. Buna misal olaraq Suriya üzrə Astana formatını göstərmək olar", - Zifəroğlu bildirib.

Ekspertin fikrincə, Azərbaycanın münaqişəli ölkələri bir-birinə yaxınlaşdırmaq təcrübəsi var.
"Bildiyiniz kimi, Azərbaycan multikultural dəyərləri yüksək qiymətləndirən, təmsil və təbliğ edən bir ölkə kimi həmişə həmrəyliyə çağırıb", - Zifəroğlu bildirib.
Sputnik Azərbaycan-ın həmsöhbəti əmindir ki, gələn il Yaxın Şərq regionu daha da dinamik olacaq.
"ABŞ-İran münasibətlərində maraqlı prosesləri müşahidə edə bilərik, çünki bildiyiniz kimi, Vyana sazişinə qayıdışla bağlı tərəflərin maraqlı ideyaları və mövqeləri var", - deyə Zifəroğlu bildirib.