RUSİYA

İlham Əliyev rusiyalı müəllimləri təltif etdi

Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin müəllimləri "Tərəqqi" medalı ilə təltif edilib.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri "Tərəqqi" medalı ilə təltif edilib:
Auslender Raisa Markovna
Boqdyuk Larisa Anatolyevna
Maxmutova Yelena Borisovna
Melyuçenkova Anna Vyaçeslavovna.
Məktəbin direktoru Tatyana Tixomirova Sputnik Azərbaycan-a müsahibəsində müəllimlərə verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Onun sözlərinə görə, təltif olunan müəllimlər 20 ildən artıqdır ki, bu kollektivdə çalışırlar, onlar saysız-hesabsız şagirdlər yetişdiriblər:

"Raisa Auslender biologiya və kimya, Larisa Boqdyuk - informatika və riyaziyyat, Yelena Maxmutova - bədən tərbiyəsi, Anna Melyuçenkova - ibtidai sinif müəllimidir. Onların hər biri, mən bu sözləri söyləməkdən çəkinmirəm, bizim kollektivin ən yaxşı müəllimlərindəndir. Onlar yüksək kateqoriyalı müəllimlərdir. Onların hər biri fəxri işçidir. Biz çox şadıq ki, onların əməyi Azərbaycan Prezidenti tərəfindən yüksək qiymətləndirilib”, - deyə Tixomirova bildirib.

Qeyd edək ki, "Tərəqqi" medalı, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 noyabr tarixli 370 nömrəli Qanunu ilə təsis edilib. Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə isə, medalın əsasnaməsi və təsviri təsdiq edilib.