DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Uşaq Avroviziyasında “One of those days” mahnısı ilə təmsil olunuruq

Mahnı müsabiqəsində ölkəmiz 3 illik fasilədən sonra təkrar iştirak edir. Y
Sputnik
BAKI, 19 dekabr - Sputnik. Parisdə “Uşaq Avroviziyası – 2021” mahnı müsabiqəsi başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanı müsabiqədə “One of those days” (“O günlərdən biri”) mahnısı ilə Sona Əzizova təmsil edir.
Mahnı müsabiqəsində ölkəmiz 3 illik fasilədən sonra təkrar iştirak edir. Yarışmada Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.