BAKI, 19 dekabr - Sputnik. Dekabrın 18-də Qarsın Sarıqamış rayonunda baş verən faciəvi avtobus qəzasında 2-si Azərbaycan vətəndaşı olmaqla 4 nəfər həyatını itirib.
Bu barədə Sputnik Azərbaycan Azərbaycanın Türkiyədəki Səfirliyinin Tüitter səhifəsinə istinadən xəbər verir.
Məlumatda qeyd edilir ki, Qarsın Sarıqamış qəsəbəsində baş verən faciəvi avtobus qəzası zamanı 4 nəfər ölüb, onlardan 2-si Azərbaycan vətəndaşıdır.
Qeyd edək ki, İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusu güclü qar və duman olan Qars-Ərzurum avtomobil yolunda aşıb.