BAKI, 19 dekabr - Sputnik. Minskin mərkəzində üzərində Prezident Aleksandr Lukaşenkonun sözlərindən ibarət yazılar olan paltar dükanı fəaliyyətə başlayıb.
Sputnik Azərbaycan Belarus KİV-lərinə istinadən xəbər verir ki, dükanın açıldığı ilk gündən tələbatın çox yüksək olması üzündən üzərində prezidentin sitatları olan paltarların yeni partiyasının tikilişi planlaşdırılır.
Bu barədə jurnalistlərə "Belleqprom" konserninin sədri Tatyana Luqina bildirib.
"İnsanlar 3-5 dəst birdən alırlar. Hətta 40 qutu birdən alanlar da var. Artıq sevilmiş ifadələrlə olan paltarları bir daha tikməyi panlaşdırırıq".
Onun sözlərinə görə, qarşıdan gələn Milad və Yeni il bayramı ilə bağ lı olaraq insanların çoxu dükandan hədiyyə üçün əşyalar alırlar.
Konsern sdərinin sözlərinə görə, alıcılar arasında ən populyar paltarlar üzərində "Soyun və işlə" yazılı modellrədir. Bu cür paltarları daha çox kişilər alır:
"Yaşlı alıcılar və cütlüklər isə daha çox "Sevdiyini əldən verməzlər" yazılı modellərə üstünlük verir. "Faktlar masaya" yazılı köynəklər isə hələ ki az maraq doğurub".
Ümumilikdə alıcılara daha çox sürpriz olunacağı vəd edilir:
"Layihə hələ təzə işə düşüb. Yeni il üçün mağazada Prezidentlə və Yeni illə bağlı əşyaların olacağı planlaşdırılır. Odur ki, marağın azalmaması üçün bütün sirlərimizi açmamışıq. Hələ bəzi maraqlı əşyalarımız var", - deyə konsern rəhbəri bildirib.