FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Dünyanın dörd bir tərəfindən ən parlaq görüntülər - Foto

Baxın və dünyanın bütün həftə boyu nədən dəhşətə və riqqətə gəldiyini siz də görün.
Sputnik
BAKI, 17 dekabr — Sputnik. Miss Fransa Clemence Botino "Kainat gözəli - 2021" müsabiqəsində itirak edib; Superqəhrəman geyimindəki akrobatlar İtaliyanın Milan şəhərindəki San-Paolo xəstəxanasında olan uşaqları salamlayıblar; Lüksemburqda hökumətin COVID-19-un yayılmasının qarşısını almaq üçün tədbirlərə qarşı nümayiş zamanı su şırnaqlarından istifadə edən polislər peyvəndin əleyhdarları ilə qarşı-qarşıya dayanıblar.
Bu həftə də bütün dünyada fotoqraflar çox vacib hadisələri izləyib. Lakin biz hadisələrin mətn xronikasına alternativ olaraq ən yaxşı fotoqrafların parlaq fiotoşəkillərindən ibarət versiya təqdim edirik. Baxın və dünyanın bütün həftə boyu nədən dəhşətə və riqqətə gəldiyini siz də görün.
1 / 22

Miss Fransa Clemence Botino "Kainat gözəli - 2021" müsabiqəsində.

2 / 22

ABŞ-da ekstremal hava şəraiti nəticəsində tornadonun vurduğu ziyan.

3 / 22

Macarıstanın paytaxtı Budapeştin mərkəzində insanlar yarıçılpaq Şaxta baba yarışında iştirak edirlər.

4 / 22

Yokohamada Santa-Klaus kostyumlu dalğıc balıqlarla böyük akvariumda üzür.

5 / 22

Superqəhrəman geyimindəki akrobatlar İtaliyanın Milan şəhərindəki San-Paolo xəstəxanasında olan uşaqları salamlayırlar.

6 / 22

İlon Mask və oğlu XA-12 ABŞ-ın Nyu-York şəhərində keçirilən "TİME" jurnalının "İlin adamı" laureatlarının səhnəsində.

7 / 22

İspaniyanın su basmış Tudela şəhərciyində xilasedicilər komandası qadına kömək edir.

8 / 22

"Kainat gözəli - 2020"nin qalibi Andrea Mesa "Kainat gözəli - 2021"in birincisi Harnaaz Sandhunun başına tac qoyur.

9 / 22

Çinin cənubundakı Quandun əyalətindəki Foşanda kitab mağazası.

10 / 22

Rumıniyanın paytaxtı Buxarestdə qış ənənələri nümayişi zamanı gənclər rəqs edirlər.

11 / 22

Yunanıstanın Qədim Olimpiadasında su altında qalan ağaclar.

12 / 22

Honkonqdakı Viktoriya limanında üzgüçülər.

13 / 22

Keniyanın Mombasa şəhərində keçirilən "Mr.001" bodibildinq yarışları zamanı 28 yaşlı Tamale Safulu səhnədə poza verir.

14 / 22

ABŞ-ın Vayominq ştatındakı Yellouston milli parkında ziyarətçilərin avtomobilləri bizon sürüsünün yanından keçərkən.

15 / 22

Santa-Klaus kostyumunda olan kişi Miladı qeyd etmək üçün helikopterlə Braziliyanın Rio-de-Janeyro şəhərinə gəlib.

16 / 22

Slovakiyalı xizəkçi Adam Zampa Fransada Dünya Kubokunun mərhələsində çıxışı zamanı.

17 / 22

Müxalifət partiyasının "Milli Birlik Platforması"nın tərəfdarı Uqandada polisin onun tərəfdarlarına qarşı təzyiqləri zamanı yolu bağlayır.

18 / 22

Santa Klaus kostyumunda olan kişi Mumbayda məktəbdə dərs zamanı şagirdlərin əllərini dezinfeksiya edir.

19 / 22

Lüksemburqda hökumətin COVID-19-un yayılmasının qarşısını almaq üçün tədbirlərə qarşı nümayiş zamanı su şırnaqlarından istifadə edən polislər peyvəndin əleyhdarları ilə qarşı-qarşıya dayanıblar.

20 / 22

CAR-ın Yohannesburq şəhəri yaxınlığındakı qeyri-rəsmi yaşayış ərazisində qadın evinin pəncərələrini bağlayır.

21 / 22

"Miss Fransa-2022" gözəllik yarışında iştirakçılar.

22 / 22

Fransanın paytaxtı Parisdəki Vandom meydanında it Milad ağacının yanında.