İQTİSADİYYAT

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişlənir

Ölkə üçün yeni olan subyektlərin qeydiyyat şəhadətnaməsi siyahıya daxil ediləcək.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişlənir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla əlaqədar "Lisenziyalar və icazələr haqqında" qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsi bu siyahıya daxil edilir.
Qeyd edək ki, "Lisenziyalar və icazələr haqqında" qanun Azərbaycanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Qanuna görə, icazə deyəndə sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi ilə bağlanılan müqavilə və ərizəçiyə münasibətdə edilən hər hansı digər hərəkət nəzərdə tutulur.