FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bir əsr əvvəlin Bakısı məşhur fransızın gözü ilə - unikal kadrlar

Yetmişə yaxın fotoşəkil "Böyük insanların portretləri", "Bakı" və "Türküstana səyahət" mövzuları üzrə qruplaşdırılıb.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Fransız fotoqraf Pol Nadarın işləri ilk dəfə olaraq Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir.
1 / 15

Sərgi Azərbaycan Mədəniyyət Nazirliyi və İncəsənət Muzeyinin dəstəyi ilə Fransanın Azərbaycandakı səfirliyi və Fransa İnstitutu tərəfindən təşkil olunub.

2 / 15

Sərgidə qeyd olunub ki, Pol Nadar dövrünün ən tanınmış və istedadlı fotoqraflarındandır.

3 / 15

Ekspozisiyaya təxminən 70 fotoşəkil daxildir.

4 / 15

Sərginin kuratoru Könül Rəfiyeva bildirib ki, təqdim olunan şəkillər orijinal neqativlərdən çap olunub.

5 / 15

Bunlar Fransanın Mədəniyyət Nazirliyi yanında Memarlıq və İrs multimedia kitabxanasının fotoarxivi tərəfindən təqdim edilib.

6 / 15

Sərgidə kadrlar üç mövzu üzrə qruplaşdırılıb - "Böyük insanların portretləri", "Bakı" və "Türküstana səyahət".

7 / 15

Çarpayılı vaqonlar və məşhur avropa ekspresləri üzrə ixtisaslaşmış beynəlxalq şirkət 1890-cı illərdə Qafqaz və Orta Asiyaya etnoqrafik ekspedisiya təşkil edib.

8 / 15

Pol Nadar da fotoqraf qismində tura dəvət alıb.

9 / 15

Parisi məşhur "Şərq ekspres"ində tərk edən Nadar avtobusla İstanbula, Batumiyə, Tiflisə, sonra da ilk dəfə olaraq Bakıya gəlir.

10 / 15

Azərbaycanın paytaxtı fotoqrafa xüsusi təəssürat bəxş edir.

11 / 15

Bakıda cəmi yarım gün qalan fotoqraf həmin uzaq günlərin parlaq inikası olan bütöv bir seriya hazırlayır.

12 / 15

Səfəri zamanı fotoqraf şəhərin unikal memarlıq abidələrini, Qoşa Qala qapılarını, Şirvanşahlar sarayını, eləcə də yerli sakinləri lentin yaddaşına köçürür.

13 / 15

Sərgidə həmçinin "Pol Nadarın Bakı səyahəti" adlı qısametrajlı film də nümayiş olunub.

14 / 15

Film üzərində fotoqraf və tarixçi Rüstəm Hüseynov, kurator Könül Rəfiyeva, bəstəkar Araz Özara işləyiblər.

15 / 15

Sərgi 2022-ci il fevralın 15-dək davam edəcək.