Yaponiyanın Osaka şəhərindəki inzibati binada yanğın baş verib. Polislər yanğının səbəblərini araşdırırlar.
Həkimlər hadisə nəticəsində 19 nəfərin öldüyünü təsdiqləyiblər. Onların hamısı dəm qazından zəhərlənərək dünyasını dəyişiblər. İlkin məlumatlara görə, daha bir neçə nəfərin ürək və ağciyərlərində ağırlaşmalar var.
Yanğın səhər saatlarında Osakanın cənubunda yerləşən Kitaşinçi ərazisində səkkizmərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Məlum olub ki, binada psixiatrik müalicə üzrə klinika yerləşir.