BAKI, 17 dekabr — Sputnik. Bir çox müşahidəçilər artıq qeyd ediblər ki, 2021-ci il ərzində Azərbaycan-Qırğızıstan münasibətləri əhəmiyyətli dinamika ilə xarakterizə olunmağa başlayıb. Bu il ərzində müxtəlif yerlərdə Azərbaycan və Qırğızıstan Prezidentləri İlham Əliyev və Sadır Japarov arasında görüşlər keçirilib.
Qırğızıstan dövlətinin başçısının sözlərinə görə, Azərbaycan Qırğızıstanın mühüm tərəfdaşıdır və iki ölkə arasında münasibətlər tarix, mədəniyyət, dil, mənəvi və dini dəyərlərin ortaqlığından irəli gələn möhkəm dostluq və qardaşlıq bağlarına əsaslanır.
Dekabrın 21-də saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin 2022-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransı keçiriləcək. Tədbirdə həmçinin Qırğızıstanda keçirilən son parlament seçkilərinin nəticələrinin yekunları da keçiriləcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.