TƏHLİL

Bu bir demokratiya konsertidir: Bayden niyə Rusiyaya qarşı koalisiya yarada bilmədi

Hamı, elə Baydenin özü də deyir ki, demokratiyanın “müalicəsinə” ABŞ-ın özündən başlamaq lazımdır. Ancaq nitq oxumağa yüksək çinli məmurları yox, onlardan da yuxarıda dayananlar çağırılmalıdır.
Sputnik
Dörd gün səbrlə dözdük, gözlədik: ola bilsin, istirahət günləri KİV-in Co Bayden administrasiyasının Moskva vaxtı ilə cümə və şənbə günləri təşkil etdiyi möhtəşəm “demokratiya sammitini” böyük hadisə kimi tərifləməsinə mane olub. Amma istirahət günlərindən sonra da bəlağətli çıxışlar müşahidə olunmadı.
İnternet axtarış sistemləri həmin sammitlə bağlı müraciətlərə yaxşı cavab verir. Amma bu ərəfədə danışılanların yalnız səksən faizini əks etdirir. Danışılanlara aşağıda toxunacağıq. Hələlik bir faktı qeyd edək: bunun nə qədər möhtəşəm olduğu barədə uzun-uzadı, ağıllı materiallar -110 ölkə liderini bir-birinin ardınca demokratiya lehinə videonitq söyləməyə məcbur etmək - belə materialların sayı unikal dərəcədə azdır.
Bəli, bunun adı uğursuzluqdur. Böyük uğursuzluq. Hərçənd, onların əslində nə istədikləri ilə bağlı suallar çoxdur.
Elan olunduğu kimi, demokratiyanın əbədiliyini, indi dünyanın yarısının özünü silkələyərək onu yeniləyəcəyini bəyan etmək istəyirdilərsə, bunu etdilər, amma cavabında susqunluqla qarşılaşdılar. Bunun arxasında isə bircə fikir dayanır: darıxdırıcıdır. Heç bir hadisə baş vermədi. Yayımlanacaq, yazılacaq heç nə yoxdur.
Ən azından Vladimir Leninin anadan olmasının yüz illiyi münasibətilə keçirilən kütləvi tədbirləri yada salaq. Bütün ölkədə və sosialist düşərgəsində iclaslar, tədbirlər, rus xalq çalğı alətləri orkestri ilə konsertlər keçirilir, filmlər çəkilir, tamaşalar nümayiş etdirilir. Nəticə eynidir: darıxdırıcıdır. Halbuki o, kifayət qədər maraqlı insan olub. Amerikalılar üçünsə hətta bir insan deyil, totalitar din olmasa belə, fəlsəfi kateqoriya deməkdir.
İndi isə bu hadisə ərəfəsində dünya mediasının dediklərini yada salaq - bu, bütöv bir emosiya tufanı idi. İlk növbədə onu qeyd etdilər ki, Amerika demokratları özləri-özlərini tələyə salıblar. Hər kəs bu xorda iştirak etməyə məcbur olarsa (təxminən 200 tanınmış və tanınmamış dövlət), onda bu, BMT olacaq. Yox, əgər patentli demokratları toplamaq lazım gələrsə, onda bu, çarəsiz avtoritar dünyada bir yığın sektant olacaq.
Yaxşı, deyək ki, təşkilatçılar özlərini tələyə saldılar, baxmayaraq ki, 110 ölkə ilə sanki ortada, iki ifrat tərəf arasında qalmışdılar.
Dəvət olunanların siyahısı çox qəribə təsir bağışlayır. Məsələn, Asiya dövlətlərindən Filippinin qalmaqallı prezidentini çağırdılar, amma tamamilə qərbyönlü Sinqapuru dəvət etmədilər: bu necə olur? Və hər regionda eyni şey təkrarlanır. Bu tədbirə dəvət edilməyən Rusiya və Çində isə aşkar olanı vurğuladılar: dünyanı parçalamaq, dava salmaq istəyirdilər – buna da nail oldular.
Sammitin alternativ ideyası da çox maraqlı alınıb. Bunu ən yaxşı şəkildə sözü superdemokratlara verən “Politico” ifadə etdi. Rusiyadan Liliya Şevtsova və Vladimir Milov, digər ölkələrdən də onlara bənzər şəxslər. Ağ xalatlıların çağırışının başlığı yaxşı idi: "Baydenin sammiti demokratiyanı xilas etməyəcək. Demokratiyanı bərpa etmək üçün 18 alternativ fikir".
Çıxışçıların hamısı Amerikanı söyür, onu dünyada antidemokratları lazım olduğu kimi əzməməkdə günahlandırır, çünki bunun üçün kifayət qədər pul, təyyarədaşıyan gəmilər vermir.
Hamı açıq-aydın deyir - yeri gəlmişkən, Bayden də bu fikri ifadə edib, – demokratiyanın “müalicəsinə” ABŞ-ın özündən başlamaq lazımdır. Ancaq nitq oxumağa yüksək çinli məmurları yox, onlardan da yuxarıda dayananları çağırmaq lazımdır.
Vəziyyətin absurdluğu aşıq-aşkar ortada olduğu halda, bu videoyoxlamanı niyə təşkil etmək qərarına gəldikləri ilə bağlı sualın cavabı budur: çünki daha susmaq mümkün deyildi.
Sual tam olaraq nədən ibarətdir. Aydındır ki, heç kimin sitat gətirmədiyi sönük çıxışlar silsiləsi heç nə vermədi. Buna görə də ABŞ-ın demokratik hökuməti bu “konserti” kimə faydalı olacağı bilinməyən yenilənmiş alyansa doğru ilk addım hesab edir. Bir ildən sonra yenə lazımi insanlar toplanacaq, onda hər şey bir az konkretləşəcək. O cümlədən, qonaqların siyahısı da.
Hələlik isə sən demə, ABŞ adminstrasiyası “liderlik nümayişi” kimi sammitə beynəlxalq proqramlardan ibarət bütöv bir çələng hazırlayıb. Hətta onlardan bəzilərinə pul da ayrılıb. Bu, ümumi olaraq "demokratik yenilənmə uğrunda prezident proqramı" adlanır.
Orada deyilir: “azad və müstəqil mediaya dəstək”, korrupsiyaya qarşı mübarizə, demokrat-islahatçılara dəstək, demokratiya üçün texnologiyaların (ilk növbədə informasiya) təşviqi, “azad, ədalətli seçkilərin” qorunması.
Bu məqamda ortaya sadə, aydın bir sual çıxır: bəs bu publika əvvəllər, bir neçə onillik ərzində nə işlə məşğul idi? Elə eyni işlərlə. Dünyanın hər yerində öz əlaltılarına pul paylayırdılar, bu əlaltılar da öz hökumətlərinə qarşı informasiya kampaniyaları aparır, onun üzvlərini rüşvətxor kimi qələmə verirdilər. İnternetdə informasiya müharibəsi apararaq, bütün seçki prosesinə meydan oxuyurdular.
İndi maksumum dəyişə biləcək məqam - demokrat olmaq istəyən hər kəsin bu köhnə siyasəti dəstəkləmək üçün öz pullarını xərcləməyə məcbur edilməsidir. Amma bir dəqiqə! Axı indinin özündə belə mümkün olan yerdə elə belə də edirlər.
Onu da əlavə edək ki, düzgün demokratiya modelinin hamıya, hər kəsə zorla tətbiq edilməsi iki nəticəyə gətirib çıxardı.
Birincisi: hazırda dünyada ən dəbli ideologiya olan, öz içində həm şən, həm də qəzəbli mübahisələr yaradan müxtəlif çalarlı mühafizəkarlıqdır. Bu isə çox sadə bir düstura çevrilir: insanları rahat buraxın, beyinlərini yumağa çalışmayın, imkan verin, istədikləri kimi yaşasınlar.
İkinci nəticə haqqında isə artıq hər şey deyilib: indi hər kəs yaxşı başa düşür ki, demokratiya adı altında insanlara eyni darıxdırıcı nəqaratı oxuyurlar.