CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda aliment tələbləri ilə bağlı dodaq uçuqladan rəqəmlər

Ədliyyə Nazirliyinin əməkdaşı ölkədə bir icra məmuruna 200-500 icra sənədi düşdüyünü deyir.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. İcra xidmətində olan sənədlərin çoxunu aliment borcuna dair sənədlər təşkil edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova bildirib.
Onun sözlərinə görə, 700 mindən çox icra sənədinin 100 mindən çoxu aliment tələbi sənədləri ilə bağlıdır. Ümumilikdə aliment tələbi ilə bağlı xeyrinə qərar verilən uşaqların sayı 160 mindən çoxdur:
"2009-cu ildə aliment tələbinə dair 25 mindən çox icra sənədi var idisə, bu il bu sənədlərin sayı 99 mindən çox olub. Hər icra məmuruna düşən aliment tələbi ilə bağlı icra sənədi 200-500 arasında dəyişir, bu da böyük çətinliklərə səbəb olur. Son 1,5 il ərzində iş yükünün çox olmasına baxmayaraq, 130 milyon manatdan çox aliment tələbi ödənilib".
Eləcə də oxuyun:
* Alimentdən qaçan kişiləri mətbuat tapmalıdır?
* Azərbaycanda Aliment Fondu yaradılmalıdır - Milli Məclisin komitə sədrindən təklif
* Dalaşmaqdansa boşanmaq yaxşıdır! Ekspertlər ailələrin dağılma səbəbləri barədə