BAKI, 16 dekabr — Sputnik. Avropada təbii qazın qiyməti son iki ay ərzində ilk dəfə 1700 dollar/min kubmetr göstəricisini keçib. Sputnik Azərbaycan bildirir ki, London ICE birjasında alqı-satqı nəticələrində bu cür göstəricilər qeydə alınıb.
Birja işə başlayarkən Niderland TTF indeksi üzrə kotirovkalar 1540 dollardan bir qədər baha idi. Əvvəl 1450 dollara qədər endikdən sonra növbəti saatlarda artmağa başladı. Bakı vaxtı ilə 20:15-də bu göstərici 1650 dollara çatdı, bu, çərşənbə günü qeydə alınan göstəricidən (1545.6 dollar) təxminən 7 faiz çoxdur. Bundan öncə isə qiymətli kağızların qiyməti artaraq 1700 dollardan çox olub.
Ehtimal olunur ki, Almaniyanın Federal Şəbəkə Agentliyinin rəhbəri Yohan Homannın "Şimal axını-2" layihəsinin sertifikatlaşdırılması barədə qərarın 2022-ci ilin birinci yarısında verilməyəcəyi ilə bağlı açıqlamasına bazar bu cür reaksiya verib.
Forvard bazarlarında yanacağın qiyməti artmaqda davam edir. Ötən ay yanvar fyuçerslərinin orta qiyməti 960 dollar idi, indi isə analoji göstərici təxminən 1220 dollara çatıb.
Spot müqavilələri də bahalaşır. Əgər noyabrda yanacağın qiyməti 950 dollara çatırdısa, indi 1145 dollar səviyyəsinə çatıb. Ötən həfənin yekunlarına görə, ICE Futures və Spot TTF qiymətləri 1200 dollar/q1 kub metr həddində qalmışdı.
Payızda Avropada təbii qazın qiyməti xeyli artıb. Avqustun əvvəlində yaxın fyuçersin qiyməti Niderland TTF-i üzrə min kubmetr üçün 515 dollar təşkil edib. Sentyabrın sonuna bu göstərici iki dəfə artıb.
Oktyabrda qazın qiyməti tarixi maksimuma çataraq 1937 dollar/1 min m3 olub, sonra isə enməyə başlayıb.
"Şimal axını-2" magistralı Rusiyadan Almaniyaya Baltik dənizinin dibi boyunca çəkilib. Qaz kəmərinin gücü ildə 55 milyard kubmetr təşkil edəcək. Quraşdırma üç il çəkib. Sentyabrın 10-da "Qazprom" Açıq Səhmdar Cəmiyyətində (ASC) keçirilən operativ iclasda idarə heyətinin sədri Aleksey Miller bildirib ki, "Şimal axını-2" qaz kəmərinin inşası təmamilə başa çatıb.
Eləcə də oxuyun: