BAKI, 15 dekabr — Sputnik. Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozlarına görə, bu il Azərbaycanda əhalinin hər nəfərinə düşən real ÜDM 1,7% artacaq.
Sputnik Azərbaycan "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə BVF məlumat yayıb. Sözügedən göstəricinin 2022-ci ildə 1,1%, 2023-cü ildə isə 0,5% artacağı proqnozlaşdırılır.
BVF qeyd edir ki, ölkədə əhalinin hər nəfərinə düşən nominal ÜDM-in həcmi bu il 8785 manat, 2022-ci ildə 9 023 manat, 2023-cü ildə isə 9 120 manat təşkil edəcək.
Qeyd edək ki, fondun məlumatına görə, baza ili 2005-ci il götürülməklə isə əhalinin hər nəfərinə düşən real ÜDM-in həcmi bu il 2893 manat, 2022-ci ildə 2926 manat, 2023-cü ildə isə 2941 manat təşkil edəcək.
Xatırladaq ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən real ÜDM 4,5% artıb. Adambaşına düşən nominal ÜDM-in həcmi isə 7148 manat təşkil edib.