HADİSƏ

Astarada ölümə səbəb olan "dərman zəhərlənməsi"nin pərdəarxası

Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Sputnik
BAKI, 15 dekabr — Sputnik. Oktyabrın 10-da Astara rayonunun Ərçivan qəsəbə sakini Elnarə Əliyevanın “dərman zəhərlənməsi” diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına daxil olması və ertəsi gün orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla Elnarə Əliyevaya göstərilən tibbi yardımların tam həcmdə və vaxtında icra olunmaması, vəziyyətinin düzgün qiymətləndirilməməsi nəticəsində ölümün baş verməsi müəyyən edilib.
Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, bir müddət öncə analoji hadisə Gəncədə də baş vermişdi. 1991-ci il təvəllüdlü Vüsalə Quliyeva dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Dərhal qadına lazımi tibbi yardım göstərilmişdi.