FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

ABŞ-da dağıdıcı tornadolar - dəhşətli mənzərələrin fotoları Sputnikdə

Çoxsaylı tornadolar ABŞ-ın altı ştatında tuğyan edib, onlarla qurban və kütləvi dağıntılar yan keçməyib. Ölkə hakimiyyəti zərər çəkmiş dövlətlərə yardım vəd edib.
Sputnik
Onlarla dağıdıcı tornado silsiləsi ABŞ-ın mərkəzi və cənub hissəsində bir neçə ştatı bürüyüb. Ən ciddi dağıntılar Kentukki ştatında qeydə alınıb, burada 74 nəfər həyatını itirib, daha 109 nəfər isə itkin düşüb.
Bundan əlavə, tornadolar Missuri, Arkanzas, İllinoys və Tennessi ştatlarında da tuğyan edib, burada təbii fəlakət 14 nəfərin həyatına son qoyub.
1 / 11

Bütün bu tələfat və dağıntılar müşahidə edilən dekabrın 10-u axşamdan dekabrın 11-i səhər erkən saatlarına qədər tornado nəticəsində baş verib.

2 / 11

Kentukkinin payına bir neçə tornada düşüb və bunun nəticəsində ştatın 12 əyaləti dağıntılara məruz qalıb.

3 / 11

Ştatın qərbindəki Meyfild şəhərində tornado şam istehsalı fabrikini, polis bölməsini, rayon məhkəməsinin binasındakı qülləni və bir çox şəxsi evləri dağıdıb.

4 / 11

Zavodda 40-dan çox insan xilas edilib, bundan sonra Kentukki ştatının qubernatoru Endi Beşir başqa birinin sağ tapılmasının möcüzə olacağını bildirib.

5 / 11

Bir neçə min nəfər əhalisi olan Meyfildin qonşuluğundakı Douson Sprinqs şəhərciyi də itkisiz ötüşməyib və dağıntılar binaların 75%-ni əhatə edib.

6 / 11

Fəlakət zamanı zavodda qarşıdan gələn bayramlarla əlaqədar gücləndirilmiş iş rejimində işləyən 100 nəfər olub.

7 / 11

Şəhər meri O'Nan təbii fəlakətdən sonra zavodu belə təsvir edib: "Sanki zavodun üstünə bomba düşüb".

8 / 11

Fəlakət qəzaya səbəb olub, nəticədə bir neçə ştatda 200 min insan işıqsız qalıb.

9 / 11

Zərərçəkmiş rayonların sakinləri isinmək və özlərinə yemək hazırlamaq üçün həyətdə ocaq qalamaq məcburiyyətində qalırlar.

10 / 11

Əhali qalan əmlakı talançılardan xilas etmək üçün dağılmış evlərdə gecələməli olub.

11 / 11

Prezident Co Bayden təbii fəlakətdən əziyyət çəkən bölgələrə lazımi yardım vəd edib və dekabrın 15-də özü də fəlakət baş verən əraziylərə getmək niyyətindədir.