CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlardan qanunsuz silahlar toplanıldı

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakinləri Taleh Ağayevdən "İJ", Xaləddin Cəbrayılovdan isə "Tula" markalı qanunsuz olaraq saxladıqları silahlar götürülüb.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Polis əməkdaşları tərəfindən əllərdə saxlanılan qanunsuz odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Sputnik Azərbaycan xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Hacıqədirli kənd sakini Eldəniz Quluyevdən "Tula", Ağsu sakini Qoşqar Mürsəliyevdən isə "İJ" markalı müvafiq sənədləri olmayan ov tüfəngləri və 6 ədəd patron aşkar edilərək götürülüb.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakinləri Taleh Ağayevdən "İJ", Xaləddin Cəbrayılovdan isə "Tula" markalı qanunsuz olaraq saxladıqları silahlar götürülüb.
Şəki Şəhər Rayon Polis Şöbəsinə isə rayon ərazisində "Çaylaq" deyilən ərazidə şübhəli bağlamanın olması barədə məlumat daxil olub. Həmin Vətəndaşlara edilən müraciətlər əsasında isə Şəki rayon sakini Samir Məmmədov indiyədək qanunsuz olaraq saxladığı "TOZ" markalı ov tüfəngini, F-1 əl qumbarasını və 6 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
Faktlarla bağlı Rayon Polis Şöbələrində araşdırma aparılır.
Qeyd edək ki, Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 18 ədəd ov tüfəngi götürülüb.