RUSİYA

Əxlaqsızlar komandası Olimpiadada qalib gəlmək istəyir

Qırx bir il bundan əvvəl, 1980-ci ildə demokrat-prezident Cimmi Karterin administrasiyası da Moskvada keçirilən Yay Olimpiya Oyunlarını boykot etməyə əl atmışdı.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Yaponiya hakimiyyət orqanları Pekin Olimpiadasını diplomatik boykot etməkli bağlı rəsmi qərar verməsələr də, artıq indidən məlumdur ki, Gündoğar ölkənin yüksək səlahiyyətli şəxsləri və rəsmiləri, böyük ehtimalla, oyunların açılış mərasimində iştirak etməyəcəklər.
Bu, Vaşinqton şarmanka çalanlarının “Biz Pekinə boykot elan edəcəyik” partiturasının yeni akkordudur. Uzun illər və uğursuz şəkildə çaldıqları bu melodiya artıq ürək bulandırmağa başlasa da, özlərinə harmoniyanın təcəssümü kimi görünür.
Beləliklə, gəlin aydınlaşdıraq: boykot mövzusu – olimpiya idman növlərindən siyasi silah kimi istifadə – haradan qaynaqlanır?
Qırx bir il bundan əvvəl, 1980-ci ildə demokrat-prezident Cimmi Karterin administrasiyası da Moskvada keçirilən Yay Olimpiya Oyunlarını boykot etməyə əl atmışdı. Vaşinqton bununla SSRİ-ni ölkənin cənub sərhədlərini müdafiə etmək niyyətində olan Moskvanın Əfqanıstana məhdud hərbi kontingent göndərməsinə görə “cəzalandırmaq” qərarına gəlmişdi.
Bu gün, əlbəttə ki, bu boykot - ABŞ-ın özünün həmin respublikadan xaotik və qanlı qaçışı fonunda komik melodeklamasiya təsiri bağışlayır, amma o zaman itaətkarlıqla Amerika ideoloqlarının ardınca gedən ölkələrin idmancıları gülmək barədə fikirləşmirdilər.
Əlbəttə ki, çətin məsələdir, atlet bütün olimpiya dövrəsi ərzində məşq edərək yarışa hazırlaşır, amma bir anda hər şey puç olur.
RUSİYA
Sergey Ryabkov: Görünür, ABŞ raket böhranını təkrarlamağa hazırlaşır
Moskvaya gəlməyə nail olanların nə qədər səy göstərməli olduqları, bu idmançıların öz vətənlərində hansı təzyiq və təqiblərlə üzləşdikləri barədə, məsələn, Lord Koudan soruşmaq olar.
Moskva Olimpiadasının başlamasına bir il qalmış öz kateqoriyasında ən yaxşı idmançı kimi tanınan məşhur qaçışçını Moskvada yarışmaqdan çəkindirmək üçün hər cür dilə tutmağa cəhd göstərmişdilər. Onlar təkcə Sebastyan Koya deyil, həm də onun atasına Marqaret Tetçerin ofisi və onun etibarlı adamları səviyyəsində təzyiq göstərirdilər. O zaman 24 yaşlı orta məsafə qaçışçısı olan Lord Kou soyuqqanlılıqla bütün Downing Street-i qaçış stadionuna idmanla məşğul olmağa göndərmişdi.
1980-ci il Olimpiadasını boykot edən Ağ Ev, təbii ki, Kremlin buna simmetrik cavab verəcəyini anlamaya bilməzdi. Beləliklə, İkinci Dünya müharibəsindən sonra çətinliklə bərpa olunan olimpiya dövrəsi yenidən qırıldı. Yuxarı ətrafları ilə nadir hallarda avtomatik qələmdən ağır bir şey tutan siyasətçilərin axmaqlığının unudulması üçün isə bir neçə il lazım gəldi.
Rusiyaya münasibətin müqayisəli yumşalması dövrü və kulminasiya nöqtəsi kimi Beynəlxalq Olimpiya Komitəsinin oyunların Soçidə keçirilməsi ilə bağlı qərarı dərhal yeni və heç də xoş olmayan dövrə ilə əvəzləndi.
Bu artıq xalq arasında öz təsdiqi tapıb: əgər Vaşinqton haradasa, kiminləsə siyasətdə və iqtisadiyyatda yola getmirsə, idman səviyyəsində sanksiyalar qaçılmazdır.
Bu sahənin müxtəlif sərt tədbirlərə qarşı ən həssas, hətta iqtisadiyyatdan belə həssas olduğu ortaya çıxdı.
Çünki burada zərbə tədavülə və mənfəətə, satış bazarlarına, kredit və debetə deyil, insan taleyinə dəyir. Məşq edirsən, çalışırsan, bütün gücünü qoyursan, tər tökürsən, amma özlərinin kiçik və alçaq məqsədlərinə çatmaq üçün olimpiya idmanından yararlanmaq istəyənlər varsa, bunun nə əhəmiyyəti qalır?
Əlbəttə ki, Pekin Vaşinqtonu çox qıcıqlandırır, amma siyasi cəhətdən zəif, Əfqanıstanda rüsvay olmuş, tarifərə və rüsumlara baxmayaraq Çinlə xarici ticarətdə nəhəng kəsirə malik olan Amerika Pekini diplomatik sancağa keçirmək üçün bütün imkanlardan istifadə edir.
Çin isə ABŞ-a qısaca və sakitcə cavab verdi ki, “sizi güclə bura gətirən yoxdur, istəmirsnizsə, gəlməyin”.
Britaniya dərhal bu boykota (yenə də diplomatik) qoşuldu: belədə krallıq Aİ-dən qaçdığından və adanın digər müttəfiqlərlə münasibəti gərgin olduğundan, Albionun gözünə geniş görünən Amerika kürəyinə söykənməkdən başqa çarəsi yoxdur.
Bu arada, Beynəlxalq Olimpiya Komitəsi öz oyununu oynayır, o yalnız oyunların təşkilatçısı olmaq deyil, həm də özünün siyasi gündəmini formalaşdırmaq istəyir.
Əgər Vaşinqton Pekini “insan haqları”nı pozulması ilə əlaqədar boykot etməyə çalışırsa, komitə səssiz-səmirsiz qadın idmanını məhv etməklə məşğuldur, həm də hüquqlara (bu dəfə transgender qadınların, yəni, kişi kimi doğulanların hüquqlarına) riayət etmək adı altında. Və müvafiq olaraq, kişi hormonları, xüsusən də testosteron səviyyəsi ilə. Testosteron nə qədər çox olarsa, əzələ kütləsi bir o qədər artır və qan oksigenlə daha yaxşı təchiz olunur. Bir sözlə, bu xüsusilə olimpiya səviyyəli yarışlarda iştirak edənlərə açıq-aşkar üstünlüklər verir.
Həm Vaşinqton və onun əlaltılarının Pekinə elan etdiyi boykot, həm də yarışlarda iştirak qaydalarına edilən dəyişikliklər (inklüzivliyi artırmaq məqsədilə) əslində, ağlasığmazdır, olimpiya oyunlarının öz ruhuna ziddir.
Ta antik dövrdən bu yana düşüncələrin saflığının və rəqabətin ədalətliliyinin simvoluna çevrilən Peloponnesdəki məbəddə od yandırıldığı andan Olimpiada zamanı münaqişələrə son qoyulub, bütün iddialar unudulub və qələbə uğrunda mübarizədə yalnız dürüstlük əhəmiyyət kəsb edib.
Bu gün isə müxtəlif siyasi pozğunlar - öz xırdalıqlarına, əqli geriliklərinə və nəhayət, axmaqlıqlarına görə, özlərinin yaratmadıqları və nəzəri cəhətdən onlardan daha çox yaşamalı olan ənənələri məhv etməyə çalışırlar.
Tarix bizə nikbinlik təlqin edir: “Olimpiada-80”-ni boykot etmək Vaşinqtona bircə siyasi xal belə qazandırmadı. Sovet ordusunun hərbi mövcudluğuna müqavimət göstərməyə çalışan Amerika Birləşmiş Ştatları öz əli və pulu ilə Usamə bin Ladeni yetişdirdi. Bunun nə ilə nəticələndiyini isə hamı yaxşı bilir. Və bu faciə Vaşiqntona kifəyət etmədiyindən, Əfqansıtandan qaçarkən ona daha bir fars (yenə qanlı-qadalı) əlavə etdi.
Ruslar isə öz vaxtında sakit və ləyaqətli şəkildə qoşunlarını geri çəkmişdilər. Bütün boykot və qadağalara baxmayaraq Olimpiada oyunlarında iştirak etməyə, yarışlarda rekord qazanmağa və qalib gəlməyə davam edirdilər.
Dürüstcəsinə. Elə min il bundan əvvəl və bu gün qəbul olunduğu kimi…