VİDEO

Ev heyvanı koronavirusdan sağalıb

Permdən olan Blits adlı pişik koronavirusa qalib gəlib. Ətraflı - videomuzda.
Sputnik
Blits adlı pişik koronavirusa yoluxub və sağalıb. Bu xəstəlik pişiklər üçün ölümcül hesab olunur. Pişiklərin yalnız iki faizinin sağalma şansı var. Blitsin sahibi Yekaterina Kamenkova müsahibəsində bildirib ki, o, pişiyi küçədə, qutunun içində tapıb.
Pişik xəstələnən zaman iştahı pisləşib, arıqlayıb. Hərarəti 40-a yaxın olub, hərarətini yalnız dərmanlarla salıblar. Yekaterina Kamenkova onu da qeyd edib ki, terapiya olmasa idi, Blitsin çox az şansı olacaqdı.
Müalicə kursu 93 gün çəkib. Bu müddət ərzində pişiyə 42 şüşə dərman vurulub. Blitsin müalicə olunmasında Yekaterinaya maddi dəstək duran insanlar da olub. Müalicənin ümumi məbləği təxminən 225 min rubl təşkil edib. Yekaterina iddia edir ki, Blits yalnız qayğıkeş insanların sayəsində sağ qalmağı bacarıb.