Mətbuat mərkəzi

Yaxın Şərq vektoru: 2021-ci il üçün çağırışlar və 2022-ci il üçün proqnoz

Politoloq, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Yaxın Şərqdə baş verən hadisələrin regionumuza təsirindən danışacaq.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Dekabrın 12-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Yaxın Şərqə səfəri başlayıb. O, səfər çərçivəsində İsrail, Fələstin, Əlcəzair və Mərakeşdə olacaq.
Bölgə ölkələrinə geniş səfər onun hüdudları daxilində siyasi proseslərin inkişaf vektorunu müəyyənləşdirən hadisələri yalnız Rusiya prizmasından deyil, həm də Azərbaycan və regional siyasət prizmasından da xatırlamaq üçün bir fürsətdir.
Bu hadisələrin Cənubi Qafqaz regionunun həyatında buraxdığı izlərdən və 2022-ci ildə siyasi proseslərin necə inkişaf edəcəyindən dekabrın 14-də saat 16.00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində onlayn mətbuat konfransı zamanı politoloq, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu məlumat verəcək.
Spikerlərə suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.