BAKI, 13 dekabr — Sputnik. "Pasportlar haqqında" qanuna dəyişiklik edilir.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin toplantısında müzakirə edildikdən sonra plenar iclasa tövsiyə olunub.
Layihəyə əsasən, Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən azı 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək. Həmçinin, xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan şəxslərlə birlikdə gedən arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına da diplomatik pasport veriləcək.
Təklif edilən digər dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.
Eləcə də oxuyun: