FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Kainatın ən gözəl qızını belə seçdilər

Qalibə tacı keçənilki kainat gözəli, meksikalı Andrea Mesa təqdim edib. İkinci yerə Cənubi Afrika Respublikasının təmsilçisi Lalela Msvane, üçüncü yerə isə Paraqvay təmsilçisi Nadia Ferera layiq görülüb.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. İsraildə "Miss Universe" – 70-ci beynəlxalq gözəllik müsabiqəsi baş tutub. Bu il beş milyon dəyərindəki tac uğrunda 80 ölkədən iddiaçılar yarışıblar.
"Kainat gözəli"nin yubiley müsabiqəsində birinci yeri Hindistan təmsilçisi Harnaaz Sandhu tutub. Beləliklə o, gözəllik müsabiqəsinin bütün tarixi boyunca bu titulu qazanan üçüncü hindistanlı xanım olub.
Qalibə tacı keçənilki kainat gözəli, meksikalı Andrea Mesa təqdim edib. İkinci yerə Cənubi Afrika Respublikasının təmsilçisi Lalela Msvane, üçüncü yerə isə Paraqvay təmsilçisi Nadia Ferera layiq görülüb.
Rusiyanı təmsil edən azərbaycanlı xanım Ralina Arabova müsabiqənin final mərhələsinə çıxa bilməyib.
1 / 19

2021-ci ilin "Kainat gözəli" – hindistanlı Harnaaz Sandhu.

2 / 19

İsraildə keçirilən "Kainat gözəli – 2021"-in beş finalçısı səhnədə.

3 / 19

CAR-ı təmsil edən gözəl Lalela Msvane "Kainat gözəli – 2021"-in səhnəsində çimərlik paltarında.

4 / 19

"Kainat gözəli – 2021"-in iştirakçıları çimərlik paltarında.

5 / 19

Venesuela təmsilçisi İsraildə keçirilən "Kainat gözəli – 2021" müsabiqəsində.

6 / 19

İspaniya təmsilçisi İsraildə keçirilən "Kainat gözəli – 2021" müsabiqəsində milli geyimdə.

7 / 19

İtaliya təmsilçisi İsraildə keçirilən "Kainat gözəli – 2021" müsabiqəsində milli geyimdə.

8 / 19

"Kainat gözəli – 2021" müsabiqəsində İsrail müğənnisinin çıxışı.

9 / 19

İsraildə keçirilən "Kainat gözəli – 2021" müsabiqəsinin aparıcısı Stiv Harvi.

10 / 19

Hindistan təmsilçisi "Kainat gözəli – 2021" müsabiqəsinin səhnəsində çimərlik paltarında.

11 / 19

Hindistanlı Harnaaz Sandhu "Kainat gözəli – 2021" müsabiqəsinin iştirakçıları ilə qələbə sevincini bölüşür.

12 / 19

Paraqvaylı gözəl Nadia Ferrera "Kainat gözəli – 2021" müsabiqəsində çimərlik paltarında.

13 / 19

Aparıcı Stiv Hardi "Kainat gözəli – 2021" müsabiqəsində Nigeriyanı təmsil edən Maristella Okpala ilə birlikdə.

14 / 19

Fransa gözəli Clemence Botino "Kainat gözəli – 2021" müsabiqəsində.

15 / 19

Rusiya təmsilçisi Ralina Arabova "Kainat gözəli – 2021" gözəllik müsabiqəsində milli geyimdə.

16 / 19

Münsiflər heyətinin üzvləri Adriana Lima və Lori Harvi "Kainat gözəli – 2021" müsabiqəsində.

17 / 19

Polşa gözəli Agata Wdowiak "Kainat gözəli – 2021" müsabiqəsində milli geyimdə.

18 / 19

Çin gözəli Shi Yin Yang "Kainat gözəli – 2021" müsabiqəsində milli geyimdə.

19 / 19

2020-ci ilin qalibi Andrea Mesa "Kainat gözəli – 2021"-in birincisi Harnaaz Sandhuya tacını taxır.

"Kainat gözəli" – hər il keçirilən beynəlxalq gözəllik müsabiqəsidir. "Dünya gözəli", "Miss International" və "Yer kürəsi gözəli" müsabiqələri ilə birlikdə "Böyük dördlüyə" daxildir. Qərargahı Nyu-Yorkda yerləşir. Müsabiqənin hüquqları 1996-cı ildən 2015-ci ilə kimi Donald Trampa məxsus olub, sonradan o, bu hüquqlarını Hollivud impressariosu Ari Emanuelə satıb.
Müsabiqədə iştirak etmək istəyənlərin yaşı 18-dən aşağı olmamalıdır. Layihəyə hazırlıq müddətindən xanımlara yalnız rəsmi şəkildə ailə qurmaq deyil, həm də vətəndaş nikahında olmaq qadağan edilir. Bundan başqa, müsabiqə iştirakçılarının məhkumluğu, polislə problemi və ya çılpaq foto-sessiyaları olmamalıdır.