FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Yola saldığımız həftə Yer planetində yaşananlar fotolarda

Cürbəcür ballar, yarışlar, nümayişlər, xeyriyyə aksiyalar və hətta Merkellə vida mərasimi - Yer kürəsi bu həftə belə yaşayıb.
Sputnik
Almaniyanın 16 illik keçmiş federal kansleri Angela Merkel postunu sosial-demokratların lideri Olaf Şoltsa təhvil verib.
Türkiyənin İstanbul şəhərində isə NASA-nın kosmik sərgisinin tanıtma kampaniyası çərçivəsində kosmonavt geyimində olan şəxs metro qatarında oturub və hər kəsin diqqətini cəlb edib.
Bu və digər hadisələr dünyanın məşhur fotoqrafları tərəfindən kameranın yaddaşına köçürülüb. Sputnik Azərbaycan həftə ərzində dünyanın müxtəlif guşələrində baş verənlərin əks olunduğu ən parlaq şəkilləri təqdim edir.
1 / 25

Mügənni Anitta Los-Ancelesdə "iHeartRadio Jingle Ball 2021"in səhnəsində.

2 / 25

İspaniyanın Kanar adasındakı Las-Palmasda vulkandan lava axır.

3 / 25

Almaniyanın keçmiş kansleri Angela Merkel Berlində yeni kansler Olaf Şoltsla vidalaşarkən əl edir.

4 / 25

Fransız Natan Polin Braziliyanın Rio-de-Janeyro şəhərində Morro da Babilonia (Babil təpəsi) və Urka dağı arasındakı məsafəni ip üzərində keçir.

5 / 25

Roma Papası Fransisk Yunanıstanın Afina şəhərində Müqəddəs Dionisi Ursula Bacıları Məktəbində.

6 / 25

Belçikanın paytaxtı Brüsseldə koronavirusla mübarizə tədbirlərinə etiraz aksiyası zamanı yeniyetmə qız "OMON"çulara gül dəstəsi verir.

7 / 25

"Konnektikut Haski" tələbə basketbol komandasının fanatları oyundan əvvəl ABŞ-dakı Harri A. Gempel Pavilyonunda.

8 / 25

Xizəkçilər ABŞ-ın Nyuri şəhərindəki Sandey-Riverdə hər il keçirilən Santa Klaus xizək yarışında iştirak edirlər.

9 / 25

Kolumbiyanın Medelyin şəhərində keçirilən "Miflər və əfsanələr" paradının iştirakçıları.

10 / 25

Fransa məktəbinin şagirdlərindən biri virtual olaraq "Buddy" teletəhsil robotunun köməyi ilə dərsdə iştirak edir.

11 / 25

Beynəlxalq Kosmik Stansiyaya 20-ci ekspedisiyanın əsas ekipajının üzvləri, kosmik turistlər Yusaku Maezava və Yozo Hirano (sağda) Baykonur kosmodromunda "Soyuz MS-20" idarə olunan kosmik gəmisi ilə "Soyuz-2.1a" daşıyıcı raketin startından əvvəl onları müşayiət edənlərlə vidalaşırlar.

12 / 25

İsrailin Eylat şəhərindəki Ölü dənizi sahillərində keçirilən "Miss World"un iştirakçıları.

13 / 25

Londonun Vestminster abbatlığında İngiltərə Şahzadəsi Vilyam həyat yoldaşı Ketrin ilə birlikdə maralları izləyirlər.

14 / 25

Soçi sahilində balıqçılar.

15 / 25

Los-Ancelesdə aktyorlar Nikol Kidman və Xavyer Bardem "Being the Ricardos" filminin premyerasında.

16 / 25

Mühafizəçi Meksika və Çili arasında keçirilən beynəlxalq yoldaşlıq oyunundan sonra meydançaya qaçan fanatı yaxalayır.

17 / 25

Parisdə "Chanel Chanel Metiers D'Art 2021/2022"nin nümayişi.

18 / 25

Hərbi Dəniz Qüvvələrinin hərbçisi Meksikanın Kankun turizm şəhərində təhlükəsizlik tədbiri çərçivəsində çimərliyi patrul edir.

19 / 25

ABŞ-ın Potaket şəhərindəki məktəblərin birində peyvənd vurulması zamanı yeniyetmə qız və terapevt-köpək.

20 / 25

Helikopterə bənd edilmiş ABŞ sahil mühafizəsinin dalğıcı Niaqara şəlaləsində batmış avtomobildən cəsədi çıxarır.

21 / 25

İngiltərənin York şəhərindəki kilsədə Müqəddəs Lusiya Günü.

22 / 25

Türkiyənin İstanbul şəhərində NASA-nın kosmik sərgisinin tanıtma kampaniyası çərçivəsində astronavt geyimində şəxs metro qatarında oturub.

23 / 25

Beyscamper Braziliyanın San-Paulu şəhərində keçirilən yarış zamanı Martinelli binasından tullanır.

24 / 25

Tailandın Banqkok şəhərində keçmiş dövrün geyimində olan qadınlar parovozun yanında poza verirlər.

25 / 25

Bostonda "Santa Speedo Run" xeyriyyə yarışının iştirakçıları.