BAKI, 12 dekabr - Sputnik. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan dövlət sərhədindəki yaşanan son hadisələrə münasibət bildirib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, nazir jurnalistlərə açıqlamasında sərhədlərdə gərginliklərin yaşanmamasının yeganə yolu kimi delimitasiya prosesinə başlanılmasını söyləyib.
Ceyhun Bayramov bildirib ki, Ermənistan indiyə kimi müxtəlif bəhanələrlə buna imkan verməyib:
"Azərbaycan dövləti tərəfindən atılan konstruktiv danışıqlara baxmayaraq, bunu qarşı tərəfdən müşahidə etmirik. Əfsuslar olsun ki, zaman-zaman sərhəddə Ermənistan tərəfindən təxribatlar baş verir. Bunlar çox xoşagəlməz haldır. Həmin təxribatlar nəticəsində insanlar həlak olurlar. Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heç nəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq. Hesab edirik ki, Ermənistan bu əməllərindən əl çəkməlidir".
Nazir onu da deyib ki, Ermənistan adətən elan edilmiş danışıqlar və tarixlər öncəsi təxribatlarını daha da intensivləşdirir.
O qeyd edib ki, bu təsadüfi hal deyil: "Bu, Ermənistanın siyasi rəhbərliyini təxribat siyasətindən tam əl çəkməməsinin nümunələridir".
Sərhəddə növbəti gərginlik
Qeyd edək ki, son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatlarını davam etdirib.
Dekabrın 8-də dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu şəhid olub.
9-10 dekabr tarixlərində isə Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini intensiv atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəfin təxribatlarının qarşısı alınıb.

Azərbaycan XİN-dən münasibət
Azərbaycan XİN açıqlama yayaraq Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən müvafiq addımların atıldığı bir vaxtda, xüsusilə də 3+3 formatlı məsləhətləşmələr mexanizminin Moskva görüşü ərəfəsində Ermənistan tərəfinin təxribatçı fəaliyyətini davam etdirməsinin bu ölkənin aqressiv mövqeyini və regional sülh quruculuğu səylərinə xələl gətirdiyini nümayiş etdirdiyini bildirib.
Həmçinin iki dövlət sərhədində yaşanan gərginlik və Kəlbəcər rayonu istiqamətində törədilən qanlı cinayətin məsuliyyətinin birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərində olduğunu vurğulayıb.
Qurum Ermənistan XİN-in Azərbaycanı bu dövlətin suveren ərazilərini pozmaqda ittiham etməsini də tamamilə əsassız adlandırıb: "Məhz bu kimi saxta ittihamların qarşısını almaq üçün Azərbaycan iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara ən qısa zamanda başlanılmasının tərəfdarıdır".
"Əgər Ermənistan həqiqətən bölgədə sülh və sabitlik istəyirsə, o zaman münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmalı və imitasiyalara son verməlidir.
Ermənistan tərəfini bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək cəhdlərindən əl çəkməyə və üzərinə götütdüyü öhdəliklərə uyğun olaraq, üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq", - Azərbaycan XİN-dən bildirilib.

Eləcə də oxuyun: