BAKI, 12 dekabr — Sputnik. Kiyev ehtiyatsız qərarlara, hərbi təxribatlara və xaos vəziyyətinə meyllidir. Bu, özünü Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərində büruzə verir və regional təhlükəsizliyə təhdid yaradır. Moskva Ukraynanın quruda, dənizdə təxribatlarını və Rusiyanın sərhədləri yaxınlığında hər hansı müşayiət olunan "NATO-nun qumbaralarla oyunları"nın sərt şəkildə qarşısını alır.
52 ildir ki, "PM-9" üzən emalatxanası kimi dənizə buraxılan Ukrayna Hərbi Dəniz Qüvvvələrinin "Donbas" idarəetmə gəmisi cümə axşamı Kerç boğazından keçmək üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd xidmətinə ilkin müraciət etmədən Azov dənizindən Qara dənizə cəsarətlə hərəkət edib. Ekipaj açıq şəkildə böyük "tərəfdaşlardan" nümunə götürərək "gəmiçilik azadlığını" nümayiş etdirmək və Rusiya sərhədini pozmaq niyyətində idi. Təxribatın qarşısı Rusiya FTX-nin sərhəd xidmətinin sahil mühafizəsi tərəfindən alınıb. Rusiya qanunvericiliyinin tələblərini xatırlatdıqdan sonra "Donbas" komandiri kursunu dəyişərək Mariupol limanına qayıdıb. Kerç-Yenikale kanalı (fairway) həmişəki kimi fəaliyyətini dayandırmayıb.
Təsadüfi deyil ki, iki dəfə yenidən təchiz edilmiş və üç dəfə adı dəyişdirilmiş üzən emalatxananın dənizə çıxması ABŞ prezidenti Cozef Baydenlə Ukrayna lideri Vladimir Zelenski arasında telefon danışıqları ilə üst-üstə düşüb. Yəqin ki, Kiyev bu şəkildə Donbasdakı vətəndaş münaqişəsinin diplomatik yolla nizamlanmasında Vaşinqton kursundan imtina edilməsini və döyüş ruhunu nümayiş etdirib. Zelenski "Donbas"la əlaqələndirərək "Moskvanın təcavüzkar niyyətini" bir daha dünyaya göstərmək istəyirdi, ancaq Rusiya FTX sərhədçiləri Ukrayna planını ilkin mərhələdə nəzarət altına aldılar və bu səbəbdən Ukrayna Hərbi Dəniz Qüvvələrinin təxribatçı hərəkətlərinin irəliləməsi alınmadı.
ABŞ və NATO-dan Ukrayna demarşına heç bir reaksiya verilməyib. Digər tərəfdən, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov dekabrın 10-da qoşunlardakı nizamsızlığa və "idarəetmə gəmisi"nin mənasız manevrlərinə qətiyyətlə haqq qazandırıb: "Onlar boğazdan 18 dəniz mili məsafədə idilər. Bu isə 33 km-dən çoxdur. Rusiya tərəfdən hücum olub. Hibrid hücumu".
Qərbdə məşhur olan "hibrid hücum" ifadəsi həqiqəti söyləmək istəmədiyimiz halda və istənilən əlverişli vaxtda– Aİ-də miqrasiyanı, Avropanın yanacaq bazarındakı vəziyyəti və Donbasdakı vətəndaş müharibəsini qiymətləndirmək üçün istifadə olunur.
Məqsəd "Dəniz yüzlüyü" yaratmaqdır
Ukrayna Hərbi Dəniz Qüvvələrinin Kerç boğazında təhlükəli qarışıqlıq yaratmaq cəhdi çox primitivdir və köhnəlmiş üzən emalatxana üç ildir ki, Berdyanskda tikilməkdə olan bazanın hərbçiləri üçün üzən kazarma kimi istifadə olunur. "İdarəetmə gəmisi" ömrü boyu o qədər çətinliklər görüb ki, Qara dənizdən Azov dənizinə yedəklə hərəkət edib. Nazir Reznikovun izah etmədiyi "Donbas"ın dünənki missiyası daha da təəccüblüdür. Biz isə cəhd edəcəyik.
Kiyev çoxdan Kerç boğazında öz nizam-intizamı pozan gəmisinin "qəhrəmancasına" batmasını, Ukrayna HDQ-nin kütləvi itkilərini və bunun ardınca qaçılmaz olaraq "cəhənnəm" anti-Rusiya sanksiyalarını xəyal edirdi – bu şəkildə də yaşayır. Məntiq sadədir: əgər 2014-cü ildə Maydanda təşkil olunmuş "səma yüzlüyü" dövlət çevrilişinə, Ukraynanın qanuni seçilmiş prezidentinin hakimiyyətdən kənarlaşdırılmasına kömək edibsə, onda niyə 2021-ci ildə Rusiyaya "Dəniz yüzlüyü" ilə zərbə endirməsin?
Bir ssenari təqdim edək (Zelenskinin ştatdankənar müşaviri, mayor Arestoviçin üslubunda): Kerç boğazında gecə vaxtı Ukrayna HDQ-ni yarıb keçmək üçün icazəsiz cəhd, anlaşılmazlıq və Rusiyanın FTX sərhədçilərinin atəş açmaq ehtimalı (xəbərdarlıqla), korpusda əvvəlcədən deşilmiş dəliklər (onsuz da üzən emalatxana artıq 52 ildir fəaliyyət göstərir), "Donbas"ın Krım körpüsü yaxınlığında dramatik şəkildə batması. Pərdə, sanksiyalar, NATO alqışları.
Kiyevin bəxtindən, hətta Qərbdə də çoxları "Ukrayna qarşıdurmasının" mahiyyətini - anti-Rusiya bəyanatları, tələbləri, təhdidləri və "istəkləri" üçün bünövrə yaratmaq məqsədilə acınacaqlı cəhdləri görürlər. Belə ki, ABŞ kəşfiyyat idarəsinin keçmiş əməkdaşı Skott Bennet "Donbas"ın Rusiya sərhədlərinə yaxınlaşmasını "müdafiə qabiliyyətini yoxlamaq, mental qabiliyyətləri qiymətləndirmək, Rusiyanın hərbi-siyasi reaksiyasını yoxlamaq məqsədilə sınaq manevri" kimi qiymətləndirib. Yoxladılar və gələcəkdə də mütləq yeni təxribatlar təşkil edəcəklər. Moskva Qara dəniz regionunda Qərb "tərəfdaşlarının" bütün imkanlarını və onların limitroflarını nəzərə alır. 2018-ci ildə Ukrayna Hərbi Dəniz Qüvvələrinin "Kerç sıçrayışı"nı heç kim unutmayıb.
Rusiya Qara dəniz donanmasının keçmiş komandanı, admiral Vladimir Komoyedov hesab edir ki, Kiyev Moskvanı Azov və Qara dənizlərdə daim hərbi cavabda təhrik edəcək: "Regional müharibə mənə artıq qaçılmaz görünür". Bu çox ciddi proqnozdur.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov dekabrın 9-da NATO ölkələrinin hərbi attaşelərini brifinq üçün toplayıb və Rusiyanın Ukrayna istiqamətində istənilən təxribat cəhdlərinin qarşısını almağa hazır olduğunu bildirib. Həmçinin Rusiyanın yerüstü strateji nüvə qüvvələrinin buraxılış qurğularının 95%-dən çoxunun döyüş istifadəsinə daimi hazır olduğunu xatırladıb.
Sıx otu biçmək daha asandır
Rusiyanın təhdidlərə sərt cavab vermək üçün bütün əsasları var. NATO-nun Hərbi Hava Qüvvələrinə məxsus beş təyyarəsi dekabrın 9-da eyni vaxtda Rusiyanın Qara dəniz üzərindəki hava sərhədləri yaxınlığında yerləşirdi. Bunlar Fransanın iki qırıcısı, ABŞ HHQ-nin "RC-135" və "CL-600" kəşfiyyat təyyarələri, həmçinin Fransanın "KC-135" havada yanacaq dolduran tanker təyyarəsidir. Bir ay ərzində, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çox 30-a yaxın uçuş baş tutub. Qeyd edək ki, hərbi kəşfiyyat zərbə qüvvələri və vasitələrin maraqları çərçivəsində həyata keçirilir.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edir: Qara dənizdə 2021-ci ildə bu dənizə daxil olmayan NATO dövlətlərinin – İngiltərə, Yunanıstan, İspaniya, İtaliya və ABŞ-ın 26 hərbi gəmisi tapşırıqları yerinə yetirib. Belə səfərlərin sayı il ərzində 10 faiz artıb və təxribat xarakterli hərəkətlər üstünlük təşkil edir.
Eyni zamanda, Kiyev Minsk razılaşmalarına əməl etmir, Ukrayna SQ Donbasda bir neçə yüz "Javelin"in (tank əleyhinə raketlər) istifadəsinə başladığını bəyan edib, ABŞ isə silah tədarükünü genişləndirir. İngiltərə Baş Qərargahının rəisi Toni Radakin ölkəsinin Ukraynada başlayacaq Üçüncü Dünya Müharibəsinə hazırlığını açıq şəkildə bildirir.
NATO-nun "şərq cinahı" ABŞ prezidenti Baydeni Rusiya ilə dialoqa çağırdığına görə siyasi baxımdan qınayır. Rusiya sərhədləri yaxınlığındakı bu "qılınc rəqsləri" gücün imitasiyasıdır və kollektiv Qərbin ötən əsrin 90-cı illərini "birqütblü" yenidən qurmaq üçün acınacaqlı cəhdidir. Bununla yanaşı, gec-tez reallığa qayıtmaq məcburiyyətində qalacağıq. Rusiya SQ-nin təcavüzkarları sülhə məcbur etmək üçün sərt əməliyyatları formatında deyil, diplomatik yolla həll hər kəs üçün daha yaxşıdır.