PAYTAXT XƏBƏRLƏRİ

Bakıdan Moskvaya təyyarə reysi gecikir

Şirkətdən vurğulanıb ki, zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar.
Sputnik
BAKI, 12 dekabr - Sputnik. “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan Moskvaya planlaşdırılan “Boeing-767” təyyarəsinin (J2-181 reysi) uçuşu texniki səbəblərə görə gecikir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə AZAL-dan verilən məlumatda deyilir. ⠀
Sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər.
Şirkətdən vurğulanıb ki, zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar.
Qeyd edək ki, noyabrın son günü Bakıdan Naxçıvana "Azərbaycan Hava Yolları"nın (AZAL) iki reysi gecikmişdi. Buna səbəb Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman olmuşdu.
Eləcə də oxuyun:
* Ukraynadan Gəncəyə uçuşlar başlayır - Aşağı büdcəli olacaq
* AZAL Küveytə uçuşlara başlayır
* Turistləri Azərbaycandan didərgin salan səbəb - Aviabiletlərin qiyməti göydə uçur