SƏHİYYƏ

Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər

Sputnik
BAKI, 11 dekabr — Sputnik. Koronavirusun "omikron" ştammının yüngül olduğunu söyləmək məsuliyyətsizlikdir, məsələn, bu virusun yaşlı insanlara necə təsir edəcəyi barədə heç bir məlumat yoxdur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Qamaleya Mərkəzinin sədr müavini Denis Logunov qeyd edib.
"Bunun yüngül ştamm olduğunu bəyan etmək məsuliyyətsizlikdir", - deyə yeni koronavirus infeksiyası və digər yoluxucu xəstəliklərlə mübarizə ilə bağlı Loqunov Beynəlxalq Elmi-Praktik konfransında bildirib.
O əlavə edib ki, yaşlı və immuniteti olmayan insanlar da var ki, bu ştammın onlara necə təsir edəcəyi hələ məlum deyil.
Kliniki Tibbi Mərkəzinin infeksionisti Fərrux Sədirov isə qeyd edib ki, "Omicron"un canlı peyvəndi ilə bağlı araşdırmaların başa çatmasını gözləmək lazımdır: "Omicron"un digər ştamlardan daha yüngül xəstəlik yaratdığına dair hələ ki, nəticələr yoxdur. Canlı peyvənd o deməkdir ki, yəni, bu xəstəliyi yüngül keçirməklə artıq virusa qarşı immun cavab yaranmış olur. Hələ ki, bununla bağlı araşdırmalar yekunlaşmayıb".
Eləcə də oxuyun:
* Koronavirusun yeni ştammı “Omikron” necə əmələ gəlib: ÜST açıqladı
* Koronavirusun "Omikron" ştammı nə qədər təhlükəlidir? İnfeksionist izah edir
* Bioloq koronavirus ştammlarını tarakanlarla müqayisə etdi