2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunları sayca 24-cü olacaq və fevralın 4-dən 20-dək keçiriləcək. Eyni zamanda, Pekin dünya idman tarixində həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər olacaq.
Xatırladaq ki, 2008-ci ildə Pekin 29-cu Yay Olimpiya Oyunlarının paytaxtı olub. 2022-ci ildə Pekində oyunların keçirilməsi üçün 3,9 dollar büdcə ayrılıb. Olimpiya Oyunlarının artıq Çinin paytaxtında keçirildiyini nəzərə alaraq, təşkilatçılar əvvəlki yarışlar üçün hazırlanmış infrastrukturdan istifadə etmək niyyətindədirlər.
Qış Olimpiya Oyunları zamanı 17 idman növü üzrə yarışlar keçiriləcək, bu dəfə Beynəlxalq Olimpiya Komitəsi (BOK) Oyunların proqramına yeddi yeni idman növü daxil edib. Pekində 2022-ci ildə 109 dəst medal veriləcək ki, bu da 2018-ci ildə Pxençxan (Koreya) Qış Olimpiya Oyunları ilə müqayisədə yeddi dəst çoxdur.
Azərbaycan Qış Olimpiya Oyunlarında ənənəvi olaraq kiçik nümayəndə heyəti ilə təmsil olunur. Hazırda iki azərbaycanlı fiqurlu konkisürən - Yekaterina Ryabova və Vladimir Litvintsev Pekin Olimpiadasına vəsiqə qazanıblar. Azərbaycanın aktivində hələ Qış Olimpiya Oyunlarında heç bir medal qazanılmayıb.
1/15