RUSİYA

SWIFT sürəti ilə: Rusiyaya vurulan zərbədən kimlər dağılacaq

SWIFT – informasiya mübadiləsi və əməliyyatlar üzrə beynəlxalq banklararası sistemdir. 1973-cü ildən fəaliyyət göstərir. Hazırda bu sistemə 220 ölkədən 11 min kredit təşkilatı, o cümlədən 1000-ə yaxın korporasiya qoşulub.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. Rusiyanı SWIFT-dən kənarlaşdırmaq – ilbəil təkrarlanan təhdiddir və maliyyə bazarında ən sərt təhdidlərdən bir hesab olunur, çünki beynəlxalq hesablaşmaları çətinləşdirir.
İri ticarət tərəfdaşının təcrid olunması bütün dünya iqtisadiyyatına zərbə vura bilər.
Bu hədə-qorxunun nədən reallaşmayacağının səbəbləri və maliyyə əməliyyatları üçün yerli analoqların olub-olmaması barədə – RİA Novostinin məqaləsində.

Naqilləri kəsmək

Bu dəfə Ukrayna "YouTube" kanalında məsələni Yan Bjezinski qaldırıb. Amerikanın xarici siyasət üzrə tanınmış ideoloqu Zbiqnev Bjezinskinin oğlu 2001-2005-ci illərdə müdafiə naziri köməkçisinin müavini işləyib. İndi isə ekspert kimi çıxış edir.
Ancaq ehtiyatda olan məmur yalnız Viktoriya Nulandın dediklərini təkrarlayıb. ABŞ dövlət katibinin müavini bəyan edib ki, bu ölkə müttəfiqləri ilə birlikdə Ukraynaya "hücum" olacağı təqdirdə Rusiyanın dünya maliyyə sistemindən tamamilə təcrid olunması məsələsini müzakirə edir.
Bir qədər əvvəl eyni məsələ CNN-də müzakirə olunub: telekanalın adının açıqlanmasını istəməyən həmsöhbəti bunu "ən son addım" kimi dəyərləndirib.
Vladimir Putinlə Cozef Baydenin onlayn görüşü ərəfəsində "Bloomberg" agnetliyi də bu məsələyə toxunub.
Bir sözlə, ilk dəfə yeddi il bundan qabaq səsləndirilən fikir müntəzəm şəkildə media məkanında dolaşır. Məsələn, Avropa Parlamenti bu ilin aprel ayında sözügedən çağırışla bağlı qətnamə qəbul edib. Eyni zamanda, "Şimal axını-2" təbii qaz kəmərinin tikintisindən imtina etməyi təklif edib.
Rusiyanın Milli SWIFT Assosiasiyasının direktoru (ROSSVİFT) Roman Çernov bu ilin iyun ayında Dövlət Dumasında keçirilən dəyirmi masadakı çıxışında bildirib: "Bizi kənarlaşdırmağa hazırlaşmırlar. Bu heç kimə sərfəli deyil".
Xüsusən də, xarici qarşılıqlı münasibətlər baxımından, çünki Rusiya mühüm beynəlxalq ticarət tərəfdaşıdır.

Dünya iqtisadiyyatı bahasına

SWIFT – informasiya mübadiləsi və əməliyyatlar üzrə beynəlxalq banklararası sistemdir. 1973-cü ildən fəaliyyət göstərir. Hazırda bu sistemə 220 ölkədən 11 min kredit təşkilatı, o cümlədən 1000-ə yaxın korporasiya qoşulub. Sistemin orta günlük dövriyyəsi təxminən 32 milyona bərabərdir.
Sistemdən kənarlaşdırılmaq – kifayət qədər radikal addımdır. Bu, hər hansı bir şəkildə valyuta ilə əlaqədar olan bütün sahələrə öz təsirini göstərəcək. Ən çox da maliyyə sektoru və ixracat sahəsidir. Xammal tədarükünün ödənilməsində problem yaranacaq.
"Ticarət tərəfdaşları əlavə yollar axtarmalı olacaqlar. Əlavə əməliyyat xərcləri qaçılmaz olaraq rublu zəiflədəcək", – deyə "Wolfline Capital" idarəedici tərəfdaşı Nikita Dolqi vəziyyətə aydınlıq gətirib.

Yerli valyuta 10 faiz itirə bilər

Fond birjası da Rusiya aktivlərindən qurtulmağa çalışan xarici investorların axını səbəbindən geriləyəcək. Bu isə korporativ və dövlət qiymətli kağızlarının əsas sahibləri olan banklar üçün itkilərlə nəticələnəcək.
"Bununla belə, çox güman ki, ABŞ və Aİ Rusiyanı SWIFT-dən kənarlaşdırmağa cəsarət etməzlər. Çünki bu bizim resurslara əlçatanlığını itirən elə həmin Qərb ölkələrinə zərbə vura bilər", – deyə Büdcə və Maliyyə Bazarları üzrə Federasiya Şurası komitəsinin üzvü Vasili İkonnikov bildirir.
Yanvar-iyul aylarında ABŞ və Rusiya arasında ticarət dövriyyəsi rekord həddə - 19,8 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.
Biz okeanın o tayına əsasən metallar və xammal göndəririk. Amerikalılar isə avtomobil, elektronika məhsulları və PUA-lar ixrac edirlər.
Maraqlı məqam: SWIFT – Belçika yurisdiksiyasında olan korporativ cəmiyyətidir. Sistem formal olaraq müstəqil özəl maliyyə institutuna məxsusdur.
"Ona görə də Vaşinqtonun kimisə beynəlxalq servisdən kənarlaşdırma barədə göstəriş vermək hüququ yoxdur", – deyə "TeleTrade" İnformasiya-Analitik Mərkəzinin aparıcı iqtisadçısı Pyotr Puşkaryov vurğulayır.
Amma iki presedent var: 2012-ci ildə İranla da bu cür rəftar etmişdilər, 2017-ci ildə isə Şimali Koreya ilə.
Bununla belə, Rusiya qlobal iqtisadiyyata kifayət qədər güclü şəkildə inteqrasiya edib. Xüsusən də, pandemiya dövründə. Hamı üçün təhlükəli olan daha bir böyük sarsıntı", – deyə ANIF İnvestisiya Fondunun Rusiyadkı nümayəndəliyinin rəhbəri Sergey Qriqoryan mülahizə yürüdür.
Nikita Dolqinin sözlərinə görə, bundan ilk növbədə Avropanın müəssisələri əziyyət çəkəcəklər, çünki ixracat ödəmələrində çətinliklər yaranacaq.
"Avropa Parlamentinin aprel ayında qəbul olunmuş qətnaməsi yalnız tövsiyə xarakteri daşıyır. Təbii ki, Aİ-də buna getməyəcəklər, niyə öz vəziyyətlərini çətinləşdirsinlər ki?" - deyə Hüquqşünaslar Assosasiyasının qeydiyyat, ləğvetmə, iflas və hüquqi təmsilçilik üzrə vitse-prezidenti Vladimir Kuznetsov mülahizə yürüdür.

Çıxış yolu həmişə var

Deyək ki, amerikalılar istədiklərini nail oldular və Rusiyanı SWIFT-dən kənarlaşdırdılar. O halda iki ssenari mümkündür. Birincisi – banklar ikitərəfli ödəməyə gedəcəklər. Kredit təşkilatları müxbir hesabları üzrə əməliyyatları onlayn yerinə yetirə biləcəklər.
Daha bir variant – yaxşı unudulmuş köhnəyə qayıtmaqdır. Pyotr Puşkaryov xatırladır ki, 2005-ci ilə kimə Rusiyanın xarici ödmələri banklararası "Telex" sistemi vasitəsilə həyata keçirilirdi.
"Onlar rezerv kimi qalıb. 2014-ci ilin sentyabrında Mərkəzi Bank test keçirib və sistem özünü kifayət qədər etibarlı şəkildə göstərib. Düzdür, "Telex"də banklararası komissiya çox, sürət isə aşağıdır. Kontragent ölkələrlə bərpa prosesi də vaxt aparacaq. Amma ümumilikdə bu mümkündür", – deyə iqtisadçı bildirir.
İkinci ssenari – yerli analoqa keçməkdir. Moskva siyasi riskləri nəzərə alaraq, artıq həmin sistemi işləyib hazırlayıb.
Rusiya Mərkəzi Bankı öz informasiya bazası əsasında maliyyə məlumatlarının ötürülməsi sistemini yaradıb.
Bu sistem 331 kredit təşkilatını əhatə edir. Bunlar əsasən Rusiya təşkilatlarıdır, hərçənd postsovet məkanının nümayəndələri – Belarus, Qırğızıstan, Qazaxıstan, Ermənistan, Tacikistan – var. Eləcə də Kuba.
Bir sıra xarici bankların şöbələri də bu sistemdə qeydiyyatdan keçib.
Sözügedən sistem mənfi nəticələri aradan qaldıra bilər, amma arzuolunan miqyasda deyil.
Beynəlxalq əməliyyatlar üçün əvvəlki kimi SWIFT lazım gələcək və buna alternativ yoxdur.
Əsas məsələ – hansı bankları sistemdən kənarlaşdıracaqları ilə bağlıdır: yalnız dövlət banklarınımı, yoxsa özəl bankları da.
Ancaq bir şey gün kimi aydındır: belə sanksiya aləti ikibaşlıdır və bazarın bütün oyunçularına zərbə vura bilər. Bu isə dünyanın koronavirusa görə narahat olduğu bir vaxtda heç də yaxşı qərar deyil.
Eləcə də oxuyun:
* Amerikalılar Putindən nə istəyirlər və nə ilə təhdid edəcəklər?