VİDEO

Soçidə çox şey əldə etdik, Brüsseldən nə gözləmək olar? – ekspert cavab verib

Cənubi Qafqaz regionu, Rusiya və Türkiyə Soçi liderlərinin görüşündən çox şey əldə ediblər. Bunu politoloq Sahil İsgəndərov Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə planlaşdırılan görüşü barədə danışarkən deyib.
Sputnik
Politoloq Sahil İsgəndərov müsahibəsində qeyd edib ki, Ermənistan nəinki üçtərəfli sazişlər üzrə öhdəlikləri yerinə yetirmir, hətta hər cür şəkildə məsuliyyətdən yayınmağa çalışır. Politoloqun sözlərinə görə, ölkə liderlərinin Soçi görüşü Azərbaycanın ədalətli mövqeyinə dəstək mühitində keçib.
Analitik onu da vurğulayıb ki, həm Azərbaycan, həm də Rusiya regionda kommunikasiyaların açılmasında maraqlıdır.
"Ermənistanı məsələnin məzmunu yox, forması maraqlandırır. Baxmayaraq ki, Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Ermənistanın Laçın dəhlizinə çıxış əldə etdiyi kimi, Azərbaycanın da Naxçıvana Ermənistan ərazisindən çıxış əldə etməli olduğunu deyib. Zəngəzur dəhlizi ən ağlabatan variantdır və Ermənistanın onu necə adlandırmasından asılı olmayaraq, kommunikasiyalar açıq olmalıdır”, - İsgəndərov bildirib.
Politoloq hesab edir ki, belə məsələlərdə səbrli olmaq, çətin məsələlərin mərhələli həlli yollarını tapmaq lazımdır, çünki münaqişədən sonrakı dövr münaqişənin özündən çox uzana bilər.
Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, “3+3” formatı strukturunun ilk üç ölkəsi Rusiya, Azərbaycan və Türkiyədir, qalan ölkələr isə bütün regionun inkişafı naminə iştiraka və əməkdaşlığa dəvət olunur.
Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə gözlənilən görüşündən danışan analitik qeyd edib ki, Qərb bu məsələdə həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib.
"İndi onlar bizə başlanğıc nöqtəyə qayıtmağı və hər şeyi sıfırdan başlamağı təklif edirlər. Ona görə də Brüssel görüşündən müsbət heç nə gözləmirəm", - İsgəndərov bildirib.