Dünən Konfrans Liqasında qrup mərhələsinə yekun vurulub.
Qurban Qurbanovun yetirmələri İsveçrədə “Bazel”in qonağı olub.
Qarşılaşma təmsilçimizin üstünlüyü ilə başlayıb.
Artıq 1-ci dəqiqədə Abdullah Zubirin zərbəsindən sonra müdafiəçi topu qapının içindən qaytarsa da, hakim təmiz qolu saymayıb.
“Qarabağ”ın ardıcıl real imkanlarına baxmayaraq, hesabı ev sahibləri açıb.
Nəticədə 0:3 hesabı ilə məğlub olan “Qarabağ” qrupda ikinci yeri tutaraq, pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, qrupun digər matçında “Omoniya” ilə “Kayrat” birincilərin meydanında qolsuz bərabərə qalıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur matçından sonra mətbuat konfransında komandasının qolunun qeydə alınmamasını ədalətsizlik adlandırıb.
Qurbanovun sözlərinə görə, 2-ci dəqiqədə Abdullah Zubirin vurduğu qolun sayılmaması oyunlarına mənfi təsir edib.
Qurbanov onu da qeyd edib ki, heç bir halda sınmırlar və əksinə, bu cür hallara qarşı daha çox mübarizə aparacaqlar.