AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ombudsman: İnsan hüquqlarının qorunması bir gün deyil, hər gün qeyd edilməlidir

Ombudsman bildirib ki, builki müsabiqə postmüharibə dövrü ilə bağlı olub. İşğal dövründə bir milyona yaxın vətəndaşımız məcburi köçkün düşüb. Bununla da onların hüquqları pozulub
Sputnik
BAKI, 10 dekabr — Sputnik. 10 Dekabr Beynəlxalq İnsan Hüquqları Günüdür. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən tədbirdə bildirib ki, Ombudsman Aparatı tərəfindən hər il uşaqlar və jurnalistlər arasında müsabiqə keçirilir:
"Builki müsabiqə postmüharibə dövrü ilə bağlı olub. İşğal dövründə bir milyona yaxın vətəndaşımız məcburi köçkün düşüb. Bununla da onların hüquqları pozulub. Müharibədən zərərçəkənlərin hüquqlarının müdafiəsi üçün işlər görülür. İnsan hüquqlarının qorunması bir gün deyil, hər gün qeyd edilməlidir".
S.Əliyevə bildirib ki, indiyədək bir çox soydaşımız minaların qurbanı olub, ağır xəsarətlər alıb.
Həmçinin oxuyun:
Penitensiar Xidmət məhkum Saleh Rüstəmovla bağlı məlumat yayıb