NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft ucuzlaşıb, qaz isə...

Bazarda müşahidə olunan mənfi dinamika koronavirusun "Omikron" ştamının yayılması səbəbindən bir sıra ölkələrdə əlavə məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlıdır
Sputnik
BAKI, 10 dekabr — Sputnik. İnvestorların bəzi ölkələrdə COVID-19 ilə əlaqəli məhdudiyyətlərin tətbiqi səbəbindən tələblə bağlı narahatlıqları fonunda neft ucuzlaşıb.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:22-yə olan məlumata görə, Şimal dənizində hasil olunan "Brent" neftinin fevral fyuçersləri 0,31% ucuzlaşaraq, 1 bareli 74,19 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,23% düşərək, 1 bareli 70,78 ABŞ dolları təşkil edib.
Bazarda müşahidə olunan mənfi dinamika koronavirusun "Omikron" ştamının yayılması səbəbindən bir sıra ölkələrdə əlavə məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlıdır.
ABŞ-ın neft-qaz xidmətləri üzrə ixtisaslaşmış "Baker Hughes Company" şirkətinin ölkədəki fəaliyyətdə olan neft buruqlarının sayı haqqında statistik göstəriciləri də qiymətə təsir göstərə bilər. Belə ki, ötən iş həftəsində ABŞ-da neft buruqlarının sayı dəyişməyib və 467 ədəd təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,08% artaraq 3,82 ABŞ dolları təşkil edib.
Həmçinin oxuyun:
Bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çatacaq