RUSİYA

NATO Rusiya ilə dialoqa hazır olduğunu bəyan etdi

Alyansın baş katibi Yens Stoltenberq onu da əlavə edib ki, qurumun Rusiya-NATO Şurası çərçivəsində dialoqla bağlı təklifi əvvəlki kimi qüvvədə qalır.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. NATO əvvəlki kimi Rusiya ilə dialoqa hazırdır. Bu fikri alyansın baş katibi Yens Stoltenberq Parisdə Fransanın xarici işlər və müdafiə nazirləri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
"Bu böhran diplomatik və siyasi həll tələb edir. Biz prezidentlər Bayden və Putinin dialoqunu, eləcə də, "Normand formatı"nda yeni görüşün keçirilməsi ilə bağlı səyləri alqışlayırıq. Çünki gərginliyin artdığı bir vaxtda dialoq daha böyük əhəmiyyət kəsb edir", – deyə o vurğulayıb.
Stoltenberq onu da əlavə edib ki, qurumun Rusiya-NATO Şurası çərçivəsində dialoqla bağlı təklifi əvvəlki kimi qüvvədə qalır.
Eləcə də oxuyun:
* Rusiya Soçi görüşünün vacibliyini dünyaya göstərmək istəyir
* Amerikalılar Putindən nə istəyirlər və nə ilə təhdid edəcəklər?