AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakıda qazıntı işləri aparan şəxs 5 metrlik çuxura düşüb

Xilasedicilərin çevik müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində vətəndaş çuxurdan çıxarılaraq təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilməklə xilas olunması təmin edilib
Sputnik
BAKI, 10 dekabr — Sputnik. Bakıda 5 metr dərinliyi olan çuxura düşən şəxs sağ qalıb. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin qazıntı işləri aparılan ərazidə dərinliyi təqribən 5 metr olan çuxura düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.
Xilasedicilərin çevik müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində vətəndaş çuxurdan çıxarılaraq təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilməklə xilas olunması təmin edilib.
Həmçinin oxuyun:
Bir ailənin üç üzvü dəm qazından zəhərləndi