CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ticarət obyektlərindəki qadağalardan daha biri götürülür

Bu ilin iyulun 16-dan ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağan edilmişdi.
Sputnik
BAKI, 9 dekabr — Sputnik. Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyim dəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə verilir.
Qeyd edək ki, bu ilin iyulun 16-dan ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağan edilmişdi. Bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapmışdı.
Kosmetika və ətriyyat satışı zamanı isə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağan edilib. Sənədə əsasən, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti zamanı isə müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.
Qeyd edək ki, bu tələblər səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin 2021-ci il 07 iyun tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilib.
Eləcə də oxuyun:
* Alış-veriş mərkəzlərində koronavirus təhlükəsi - Nələrə diqqət yetirməliyik
* Gizli toy mərasimləri: kimisi batır, kimisi də sevincdən papağını göyə atır
* "Yaz, 60 manat, yemədi, getdi" - Toy biznesinə təhdid