RUSİYA

RF Baş Qərargah rəisi Rusiya sülhməramlılarının Qarabağdakı vəzifələri barədə

Gərginliyi azaltmaq və atəşkəs rejiminə əməl etmək məqsədi ilə Rusiya sülhməramlıları sülhməramlı əməliyyatın keçirildiyi ərazidə patrul və müşahidə postlarında növbətçilik təşkil ediblər.
Sputnik
BAKI, 9 dekabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, Qarabağ ərazisində sülhməramlı əməliyyat çərçivəsində Rusiya hərbçiləri hazırda diqqətlərini "əsirlərin" geri qaytarılmasına, infrastruktur layihələrinin həyata keçirilməsinə və digər humanitar vəzifələrin həllinə yönəldiblər.
"Atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etməklə yanaşı, sülhməramlılarımızın səyləri regionda dinc həyatın bərpasına yönəlib, eyni zamanda humanitar vəzifələr uğurla həll olunur", - deyə Gerasimov xarici dövlətlərin hərbi attaşeləri qarşısında keçirilən brifinqdə qeyd edib.
Bu vəzifələrdən ən əsası, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sözlərinə görə, "ərazi və obyektlərin minalardan təmizlənməsi, hərbi əsirlərin və saxlanılan şəxslərin geri qaytarılması, ölənlərin cəsədlərinin axtarışı, humanitar yüklərin çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və infrastruktur layihələrinin həyata keçirilməsi"dir.
Gerasimov deyib ki, Rusiya silahlı qüvvələri Qarabağda sülhməramlı tapşırıqları yerinə yetirməkdə davam edirlər. Gərginliyi azaltmaq və atəşkəs rejiminə əməl etmək məqsədi ilə onlar sülhməramlı əməliyyatın keçirildiyi ərazidə patrul və müşahidə postlarında növbətçilik təşkil ediblər.
O, həmçinin xatırladıb ki, əlavə olaraq atəşkəsə və bütün digər hərbi əməliyyatlara nəzarət etmək üçün yanvar ayından etibarən Azərbaycanın Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Mərkəzi fəaliyyət göstərir.
Həmçinin oxuyun:
Rüstəm Muradov Bakıdan apardığı cəsədi Ermənistanın yeni müdafiə nazirinə təhvil verib
DTX rəisi: "Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgələrə səfərlər… "
Sülhməramlıların komandanı yenə dəyişdi