AZƏRBAYCAN XƏBƏRLƏRİ

Kəlbəcərdə erməni təxribatının qurbanı olmuş şəhid əsgər torpağa tapşırıldı

Dəfndə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və kənd sakinlərini iştirak ediblər.
Sputnik
BAKI, 9 dekabr - Sputnik. Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz, əsgər Əliyev Asif Adil oğlu torpağa tapşırılıb.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, şəhidimiz doğulub boya-başa çatdığı Siyəzənin Zarat kəndində dəfn edilib.
Asif Əliyevin dəfn mərasimi
Dəfndə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və kənd sakinlərini iştirak ediblər.
Asif Əliyevin dəfn mərasimi
Onu da qeyd edək ki, 2002-ci ildə anadan olmuş şəhidimiz evin tək övladı olub. O, 2022-ci ilin yanvar ayında hərbi xidmətdən tərxis olunmalı idi.
Onun atası Adil Əliyev də Birinci Qarabağ muharibəsi iştirakçısı olub.
Həmçinin oxuyun:
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb