HADİSƏ

Bakı metrosunda ölən şəxsin kimliyi bilindi

Sputnik
BAKI, 9 dekabr - Sputnik. Bu gün səhər metronun "28 May" stansiyasında vəfat edən şəxs - Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi 72 yaşlı Əhməd Babayev imiş.
Sputnik Azərbaycan-ın məlumatına görə, o, 1978-ci ildən BDU-da çalışırmış.
----------
09:39
Bakı metrosunda sərnişin dünyasını dəyişib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "Bakı Metropoliteni"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hadisə bu səhər saat 8:10-da baş verib. "Sərnişin qatarda özünü pis hiss edib, "28 May" stansiyasında platformaya düşərkən artıq huşu özündə olmayıb. Dərhal təcili tibbi yardım çağırılıb və hadisə yerinə gələn həkim ölüm faktını təsdiq edib”, - B.Məmmədov qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Bakı Metropoliteninin “Gənclik” stansiyasında insident baş vermişdi.
Belə ki, qadın sərnişin qatar yoluna düşmüşde. Hadisə vaxtı platformaya yaxınlaşan qatarın maşınisti qatarı saxlayaraq qadını relslərin üstündən çıxarmşdı.
İlkin araşdırmalardan sonra qatar yoluna düşən qadının 1967-ci il təvəllüdlü Dilguşə Bəkirova olması müəyyən edilmişdi.

Həmçinin oxuyun:

Şübhəli şəxs metropolitendə saxlanılıb
Bakı metrosunda aktiv koronavirus xəstəsi saxlanılıb