BAKI, 8 dekabr — Sputnik. Süni mayalanma hazırda Xidmətlər Zərfinə daxil deyil. Bunun xidmətlər zərfinə daxil dilməsi planlaşdırılır. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Facebook" səhifəsində "Tibbi sığorta saatı"nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib. O bildirib ki, süni mayalanmanın Xidmətlər Zərfinə daxil edilməsi planlaşdırılır.
S. Quliyeva qeyd edib ki, əməliyyatdan sonra xəstəxanada neçə gün qalmasından asılı olmayaraq Xidmətlər Zərfi çərçivəsində bu xərclər qarşılanır.
Qeyd edək ki, süni mayalanma ilə bağlı müalicələr artıq 2004-cü ildən ölkəmizdə həyata keçirilir. İlk dəfə Mərkəzi Klinik Xəstəxanada həyata keçirilən əməliyyatlardan sonra müxtəlif klinikalar da süni mayalanma sahəsində müalicələr həyata keçirməyə başlayıblar.
Həmçinin oxuyun: