BAKI, 8 dekabr - Sputnik. ABŞ-ın Moskvadakı səfirliyinə bu ölkənin və NATO-nun hərbi aktivliyinin mümkün təhlükəli nəticələri barədə xəbərdarlığın əks olunduğu etiraz notası verilib. Bu barədə RİA Novosti XİN rəsmisi Mariya Zaxarovanın aıqlamasına istinadən xəbər verir.
"Bu təxribat xarakterli hərəkətlərlə bağlı (Qara dəniz üzərində baş verən hava insedentləri - red.) olaraq ABŞ-ın Moskvadakı səfirliyinə dekabrın 8-də bu cür düşüncəsiz hərəkətlərin mümkün təhlükəli nəticələri barədə xəbərdarlığın əks olunduğu etiraz notası verilib", - deyə məlumatda deyilir.
"ABŞ və onun tərəfindən idarə olunan NATO üzvlərinin müvafiq hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayaraq təhlükəsizlik zəmanətlərinə dair konkret mövzu ətrafında dialoqa və hərbi-siyasi gərginliyin aşağı salınması yollarının, o cümlədən Yerdə və havada təhlükəli insedentlərin qarşısının alınmasının müzakirəsinə çağırırıq. Əks halda meydana gələn təhdidlərin qarşısının alınması və aradan qaldırılması üçün əlimizdə olan bütün imkanlardan istifadə olunacaq", - deyə məlumatda qeyd olunur.
Həmçinin oxuyun:
Rusiya və Misir Aralıq dənizində hərbi təlimlər keçirir