FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Milad nağılı: dünya bayrama necə hazırlaşır

Dünyanın müxtəlif şəhərlərinin küçələrində keçirilən Milad əhval-ruhiyyəsi Sputnik Azərbaycan-ın fotolentində.
Sputnik
Milada hazırlıq bütün dünyada əsas qış məşğuliyyətidir. Bir çox ölkələrdə qar yağmasa da, yolkalardakı rəngarəng işıqlar və rəflərdəki oyuncaqlar xoş əhval-ruhiyyə yaradır. Bayram yaxındır!
1 / 16

Piyadalar Moskvada əsas rus pravoslav kilsəsi olan Xilaskar Məsihin məbədi qarşısında Milad bəzəklərinin yanından keçirlər.

2 / 16

Milad öncəsi ABŞ-ın Pensilvaniya ştatının "Willow Grove Park" ticarət mərkəzində Santa ilə uşaqlar.

3 / 16

İnsanlar Nyu Yorkdakı Rokfeller Mərkəzində işıqlanan 89-cu Milad ağacını izləyirlər.

4 / 16

Bakı Fəvvarələr Meydanında "Soyuq əllər - isti ürək" xeyriyyə yarmarkası.

5 / 16

Yükdaşıyan şəxs İtaliyanın Venesiya şəhərində dəniz dalğası nəticəsində su altında qalan "San Marko" meydanından keçir.

6 / 16

Musiqi qrupu Cənubi Afrikanın Yohannesburq şəhərindəki ticarət mərkəzində alış-veriş edənlər üçün Milad himnlərini ifa edir.

7 / 16

İngiltərənin London şəhərindəki Trafalqar meydanında Milad ağacının işıqlandırılması mərasimi zamanı ümumi görünüş.

8 / 16

Maska taxan qadın Litvanın Vilnüs şəhərindəki mağazada Milad bəzək əşyalarına baxır.

9 / 16

Nyu Yorkda Milad işıqları ilə bəzədilmiş taksi maketi.

10 / 16

Almaniyanın Berlin şəhərindəki "Breitscheid" meydanında Milad yarmarkasının mənzərəsi.

11 / 16

İnsanlar Avstriyanın paytaxtı Vyanada Milad çılçıraqları altında gəzirlər. Koronavirus pandemiyası səbəbindən mağaza və restoranlar bağlıdır.

12 / 16

İngiltərənin paytaxtı Londonda Milad geyimli insanlar at arabasında gəzirlər.

13 / 16

İsveçrənin Sürix şəhərində Milad bazarının ümumi görünüşü.

14 / 16

Avstriyanın İnsbruk şəhərində koronavirus (COVID-19) səbəbindən ənənəvi Milad bazarı bağlandıqdan sonra insanlar qapalı köşklərin yanında dayanıblar.

15 / 16

Norveçin paytaxtı Osloda Milad yarmarkasının mənzərəsi.

16 / 16

Fransanın Strasburq şəhərinin "Place Kleber" meydanının mərkəzində Milad ağacı.