BAKI, 8 dekabr — Sputnik. Gənclər və idman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov vəzifəsindən azad edilib. Sputnik Azərbaycan Apasport.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, idman naziri Fərid Qayıbovun əmri ilə yunan-Roma güləşi üzrə olimpiya çempionu tutduğu postundan uzaqlaşdırılıb.
Nazirin digər əmri ilə Mansurov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin olunub.
Xatırladaq ki, F.Mansurov Azərbaycan güləşçisi, yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı, yunan-roma güləşi Azərbaycan yığma komandasının baş məşqçisi (2010-2011) olub. O 2000-ci ildə kişilər arasında Azərbaycan çempionatında birinci yeri tutur.
Bir il sonra Özbəkistanda keçirilən gənclərin dünya birinciliyində qızıl medal qazanır. 30 iyun 2010- cu ildə Fərid Mansurov son dünya çempionunda aldığı zədəyə görə idmandan getdiyini elan edir.