BAKI, 8 dekabr — Sputnik. Bakıda beşinci mərtəbədən düşərək xəsarət alan şəxs xilas edilib.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, nazirliy "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanından düşərək birinci mərtəbəsindəki mənzilin artırmasının damında köməksiz vəziyyətdə qalıb.
FHN-in məlumatına görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisənin baş verdiyi ünvana cəlb olunub.
Xilasedicilər yaralı vəziyyətdə olan vətəndaşı müvafiq qaydada damdan düşürüb və hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verərək xilas olunmasını təmin ediblər.
Qeyd edək ki, FHN tərəfindən mənzillərdə, binalarda köməksiz qalan vətəndaşların xilas edilməsi istiqamətində daim tədbirlər həyata keçirilir. Belə ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal, Nərimanov, Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 7 müraciət daxil olub.
Dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 11 nəfərin liftdən çıxarılması təmin edilib.
Həmçinin oxuyun: