RUSİYA

Rusiya və Misir Aralıq dənizində hərbi təlimlər keçirir

Misir ordusunun sözçüsü Qərib Abdülhafiz sosial media hesabında verdiyi açıqlamada təlimlərə hər iki ölkədən xüsusi təyinatlı qqüvvələrin də qatıldığını bildirib.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Rusiya və Misirin hərbi dəniz qüvvələri Aralıq dənizində "Dostluq körpüsü-4" adlı hərbi təlimlərə başlayıb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Misir ordusunun sözçüsü Qərib Abdülhafiz sosial media hesabında verdiyi açıqlamada təlimlərə hər iki ölkədən xüsusi təyinatlı qqüvvələrin də qatıldığını bildirib.
Təlim çərçivəsində təcrübə mübadiləsi üçün bir sıra manevrlər yerinə yetirilib. Təlimlərin nə qədər davam edəcəyi ilə bağlı dəqiq məlumat verilməyib.
Qeyd edək ki, Ruisya və Misir "Dostluq körpüsü" adlı hərbi təlimləri 2015-ci ildən bəri keçirir. Ötən ilki təlimlər Qara dənizdə keçirilmişdi.
Həmçinin oxuyun:
ABŞ HDQ-nin esminesləri Ukrayna uğrunda döyüşməyə hazırdırmı?