TƏHSİL

Paytaxt məktəbində şagirdin neqativ hərəkətləri ilə bağlı iddialar yoxlanılır

Sosial şəbəkələrdə Bakı şəhəri Suraxanı rayonu 282 saylı tam orta məktəbdə şagirdin sinifdə qeyri-etik hərəkətlər etməsi, müəllim və qızları təhqir etməsi ilə bağlı məlumatlar yayılıb
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O deyib ki, rayon polisin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir: "Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri Suraxanı rayonu 282 saylı tam orta məktəbdə şagirdin sinifdə qeyri-etik hərəkətlər etməsi, müəllim və qızları təhqir etməsi ilə bağlı məlumatlar yayılıb.