İQTİSADİYYAT

İlham Əliyev Fransa şirkətinin rəsmisi ilə görüşdü: bir il sonrakı hasilat müzakirə edildi

Görüşdə Azərbaycanla TOTAL şirkəti arasında əlaqələr, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də "TOTAL Energies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arnaud Breuillacı qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Arnaud Breuillacın fəaliyyətinin başa çatması qeyd edilib.
Dövlət başçısı onun Azərbaycanla TOTAL şirkəti arasında əməkdaşlığa töhfə verdiyini vurğulanıb.
Arnaud Breuillac fəaliyyətinə verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Söhbət zamanı təxminən bir ildən sonra Abşeron yatağında hasil olunacaq birinci qazın ölkəmizdə sənayenin inkişafı və əhalinin artımı ilə bağlı qaza olan daxili tələbatın ödənilməsi, ixrac potensialının artırılması və yeni bazarlara çıxışın əldə edilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub.
Görüşdə Azərbaycanla TOTAL şirkəti arasında əlaqələr, o cümlədən bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.